Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Qətər yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) yerləşdiyi "Əl-Udeyd" bazasına 10 milyard dollar ayıracaq.
Yenixeber.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətərdəki "Əl-Udeyd" hərbi bazasında hərbçilər qarşısında çıxışı zamanı bildirib.
"Bundan başqa, Qətər yaxın illərdə bu böyük aviabazaya on milyard dollar sərmayə qoyacaq", - o qeyd edib.