Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ABŞ, İSRAİL VƏ BÖYÜK BRİTANİYA TƏYYARƏLƏRİ İRANI BOMBARDMAN ETMƏK MƏŞQİ KEÇİR –Tehran ölkəni qorumağa hazırlaşır – Araşdırma

Aleksandr Şarkovski

Nezavisimaya gazeta, 04.07.2019

 

İsrail İslam Respublikasına qarşı hərbi əməliyyatlara hazırlaşır. Yəhudi dövlətinin mətbuatı ABŞ, İsrail və Böyük Britaniya HHQ-ə məxsus  çoxfunksiyalı beşinci nəsil qırıcı-bombardmançıların Suriya və İran üzərində birgə uçuşundan xəbər verir. Bu zaman göstərilir ki, təyyarələr döyüş mühiti şəraitində qarşılıqlı fəaliyyət hazırlayır. 

Yenixeber.org: Pentaqon əvvəllər 12 ədəd “F-22”-i Qətərdəki əl-Udəyd hərbi bazasına göndərib. Qüds (mətndə belədir. Təl-Əviv-tərc.) Rusiya hərbçilərini bölgədə hava naviqasiyasına mane olan radioelektron mübarizə sistemindən istifadədə ittiham edib. Dəməşq ötən ilin sonunda Rusiyadan alınmış S-300 zenit raket kompleksinin istismara tam hazır olduğunu bildirir. Moskva Tehrana S-400 ZRK tədarükü imkanını istisna etmir.

İsrailin diplomatik idarəsinin başçısı Kats Qretsliyada milli təhlükəsizlik, bölgəsəl və beynəlxalq problemlər üzrə Konfransda İranın Fars körfəzi ölkələrinə və İsrailə qarşı savaşa başlaya biləcəyi və qabaqlayıcı hərəkətlərə hazır olmağın gərəkdiyi haqda bəyanat verib. “Biz buna hazır olmalıyıq və İsrail Dövləti buna görə də eskalasiya(hərbi münaqişə-NG.) zamanı qaçılmaz ssenarilərə reaksiya verməli olacağı hal üçün öz hərbi gücünü artırır”. Kats SAXAL radiosunun efirində çıxış edərək söz verib ki, yəhudi dövləti “hətta təkbaşına hərəkət etməli olarsa da, İrana nüvə silahın yaratmaq imkanı verməyəcək”. “Mossad”ın (İsrailin  xarici kəşfiyyatı) direktoru İosif Koen bir gün qabaq həmin konfransda bütünlükdə bölgə üçün İran təhlükəsindən danışıb.

Qüdsün (Təl-Əvivin-tərc.) Tehrana münasibətdə siyasəti dəyişilməz qalır və güzəşt imkanlarını nəzərdə tutmur. İsrail hökumətinin İrana qarşı sərt durmaq niyyətinin ciddiliyinə şübhə etmək lazım gəlmir.

Həm də “Haaretz” nəşri hərbi qaynaqlara istinadən İsrail, Amerika və Britaniya HHQ F-35 bölmələrinin Suriya və İraq əraziləri üzərində son zamanlar həyata keçirilən birgə uçuşları haqda bildirir. Bəllidir ki, ABŞ-ın beşinci nəsil F-35 bombardmançılarını satdığı bütün ölkələr avtomatik şəkildə onlardan isitfadənin Birləşmiş Döyüş Proqramına qoşulur. Bu növ bütün təyyarələrin elektron kompleksləri vahid idarə sisteminə inteqrasiya olunmaq imkanını nəzərdə turur.

Britaniya Kral HHQ-nin altı F-35B qırıcısı mayda Kiprə “Akrotiri” bazasına gəlib. Onlar “İldırımsürətli şəfəq” əməliyyatı çərçivəsində hərəkət edirlər. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin inandırmalarına görə, Britaniya F-35-ləri artıq ümumi uçuşu 225 saat olan 95 uçuş edib. İsrailin beşinci nəsil qırıcı-bombardmançıları  öz aerodromlarından hərəkət edir, Amerikanınkılar isə BƏƏ-də ABŞ HHQ-nin bazasında mənzillənib.

Amerika mətbuatı ötən həftə 12 ədəd F-22 “görünməz” qırıcının Qətərdəki əl-Udəyd bazasına göndərildiyi haqda məlumat verib. Bu təyyarələr “hava-hava” sinifli döyüş sursatı ilə silahlanıb, böyük sürətlə uçur, yüksək manevrə malikdir və zərbə aviasiyasının əməliyyatını qorumaq üçün nəzərdə tutulub. F-35 çoxfunksiyalı qırıcıları “hava-səth”sinifli döyüş sursatı daşıyır, əslində, cəbhə bombardmançıları funksiyasını yerinə yetirir və F-22 ilə qoşquda (birləşmiş idarəçilik sistemi nəzərə alınmaqla) qorxunc qüvvəni təmsil edir.

Yəhudi dövlətinin hərbi idarəsi göstərir ki, beşinci nəsil təyyarələr Suriya HHM S-300 ZRK üçün görünməz olaraq qalır. Dəməşq bildirir ki, səbəblərini izah etmədən bu kompleksdən bilə-bilə istifadə etmir. Yeri gəlmişkən, İsrail hərbçiləri keçən həftə hərbi və mülki təyyarələrin naviqasiyası ilə bağlı meydana çıxan problemlər haqqında məlumat veriblər (GPS-nin işində kəsintilər müşahidə olunub).

Türkiyə və Kipr üzərində səmada buna oxşar nəsə qeydə alınıb. SAXAL təmsilçiləri güman edirlər ki, buna səbəb RF HKQ-nin Xmeymim bazasında düzülmüş radioelektron mübarizə vasitələrinin qoşulması olub. Rusiya tərəfi bu ittihamları rədd edib.

Tamamilə aydındır ki, Tehran “əlini yanına qoyub oturmayıb” və öz ölkəsini qorumağa hazırlıq görür. Habelə qeyd etməyinə dəyər ki, İranın raket güclərinin idarə edilməsi sisteminə  uğurlu kiberhücum haqda Vaşinqtonun bu yaxınlardakı bəyanatı Tehran tərəfindən nə təsdiq, nə də təkzib olunub. Rusiya müdafiə kompleksi təmsilçisinin S-400 ZRK əldə etməyə İranın bildirişini nəzərdən keçirməyə hazır olduqları haqda bəyanatı da gözdən yayınmayıb – belə bir bildiriş daxil olarsa.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam