Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şok proqnoz: “İntiharlar arta bilər”

agdasda-intihar-hadisdi-bas-verib-kredit-borcuna-gorad1a687e91e2307b66e3

 

“Bu cür durumlara münasibət hər bir insanın öz xarakterindən asılıdır. Elə adam var ki, belə məsələlərə çox həssas yanaşır. Kredit borclarını qaytara bilməyən bəzi insanlar onsuz da intihar edirdilər. Manatın dollara nisbətən bugünkü kəskin ucuzlaşmasından sonra borclarını qaytara bilməyən adamlar arasında intiharlar çoxala bilər”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Modern.az saytına açıqlamasında psixoloq Dəyanət Rzayev ölkədə bu gün dolların 50 faiz bahalaşmasının, devalvasiyanın insanların psixologiyasına vura biləcəyi təsirdən danışarkən qeyd edib. Onun sözlərinə görə, bəzi ölkələrdə devalvasiyadan əvvəl insanları buna hazırlamaq lazımdır:
“Başqa ölkələrdə devalvasiya baş verməzdən qabaq insanları buna hazırlayırlar. Ola bilsin ki, bizdə də insanların bəziləri bunu gözləyirdi və qərara hazır idilər. Amma kimin dollarla xeyli miqdarda borcu varsa, bu, təbii ki, onun psixologiyasına təsir edəcək”.
Psixoloq əlavə edib ki, böhrandan çıxmaq üçün ölkəyə ən çox lazım olan insan resursudur. Çünki Almaniya, Hollandiya kimi Avropa ölkələri zaman-zaman insan resurslarının hesabına böhrandan çıxıb:
“Hər bir ölkə üçün bu şəraitdə lazımı insan resurslarının olması çox vacibdir. Almaniyanın təbii sərvətləri bizdən azdır. Amma onların yaradıcı insan potensialı BMV, “Mercedes” kimi markalarını yaradıb xarici bazara çıxardı. Bizdə isə təəssüf ki, bu çatışmır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam