Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda dolların yoxa çıxmasının səbəbi nədir?

 

“Bu gün həqiqətən də Bakıda bir çox valyutadəyişmə məntəqəsində dollar qıtlığı müşahidə olunub”.  

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.   O, bu gün əksər valyutadəyişmə məntəqələrində dolların baha (79 qəpik) satıldığını da vurğulayıb:   “Vətəndaşların bir qismi əllərində olan manatı dollara çevirməyə çalışır. Nəzərə alaq ki, bu gün tələbatın kəskin artması müşahidə olunub, bu ajiotaj isə Mərkəzi Bankın dünənki açıqlaması və manatın məzənnə siyasətində ikivalyutalı sistemə keçməsi ilə bağlı qərarından sonra müşahidə edildi. Baş verən proseslə əlaqədar valyutadəyişmə məntəqələrini də başa düşmək lazımdır. Çünki məntəqələr dollara olan tələbatı ödəyə bilmirlər. Dollara olan tələbat hazırda çoxdur və vətəndaş manatı satıb dollar alır. Buna görə də hazırda dollara olan tələbatın ödənilməsində valyutadəyişmə məntəqələrində kifayət qədər ciddi çətinlik yaranıb. Birmənalı şəkildə MB vətəndaşların panikaya düşməməsi üçün gün ərzində rəsmi açıqlama verməli idi. Dünyanın heç bir Mərkəzi Bankı öncədən devalvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə devalvasiya əhval-ruhiyyəsi yaradaraq insanların öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil”.   V.Bayramov vətəndaşlarda yaranan bu panikanın səbəbini bu cür açıqlayıb:   “Manatın dəyərdən düşəcəyi ilə bağlı əhalidə ciddi bir narahatlıq müşahidə olunur. Təbii ki, bu, özəlliklə də MB-nin dünənki qərarından sonra vətəndaşların valyutadəyişmə məntəqələrinə üz tutmasına səbəb olub. Amma manatını dollara çevirən vətəndaşlar onsuz da bir müddətdən sonra pul xərcləmək üçün yenidən dolları milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcək. MB müxtəlif dolayı metodlar, o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi. Təəssüf ki, MB hələlik proseslərə seyrçi mövqedən yanaşır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam