Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

60-a yaxın müəllimin əməkhaqları ödənilmir –Bakı şəhəri üzrə Təhsil idarəsi niyə susur?

image-1
Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin bir qrup  müəllimi əməkhaqlarını ala bilmədiklərini bildirirlər. 
 Yenixeber.org: Redaksiyamıza müraciət edən Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin müəllimləri 2024-cü ilin sentyabrın 15-dən işə çıxmalarına baxmayaraq onlara catacaq  15 günlük əmək haqlarını ala bilmədiklərini deyirlər.

Müəllimlər bildirir ki, bununla bağlı  həm Bakı şəhəri üzrə Təhsil idarəsinə, eyni zamanda rayonun Təhsil İşçiləri Həmkarlar İttifaqına müraciət edərək, hüquqlarının  qorunmasını, həmçinin 15 günlük əmək haqlarının ödənilməsini tələb edirlər. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müfafiq şöbəsinə rəhbərlik etmiş Azər adlı şəxs müəllimlərin 15 günlük əmək haqlarının hesablanıb köçürülməsi ilə bağlı aktı maliyyə idarəsinə göndərmədiyindən, 60-a yaxın müəllimin əmək haqları bu günə kimi köçürülməyib. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məluim olur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müvafiq şöbənin rəhbəri olan Azər adlı şəxs artıq idarədə çalışmasa da, onun yaratmış olduğu bu qanunsuzluğu Bakı şəhəri üzrə Təhsil idarəsi də aradan qaldırmaq istəmir.(veteninfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam