Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Başqa ölkələrdə müəllimlər nə qədər maaş alır, bizdə nə qədər?

 

"Xeberinfo.com":  Xəbər verdiyimiz kimi, İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. Musavat.com saytı mövzunun aktuallığını nəzərə alıb, dünyada müəllimlərin məvacibi ilə bağlı gəzişmə aparıb. Ortaya çıxan nəticələrə görə,

Azərbaycan müəllimi – stajdan asılı olaraq ildə 3000-3700 dollar;
Lüksemburq müəllimi – stajdan asılı olaraq ildə 50-98 min avro;
Belçika müəllimi – stajdan asılı olaraq ildə 30- 50 min avro;
Fransa müəllimi – stajdan asılı olaraq ildə 18-58 min avro;
Almaniya müəllimi – stajdan asılı olaraq ildə 35-58 min avro;
Böyük Britaniya müəllimi – ildə orta hesabla 34 min avro;
Türkiyə müəllimi – ildə 12-18 min avro;
Polşa müəllimi – ildə 7-12 min avro;
Slovakiya müəllimi – ildə 7-13 min avro;
Rusiya müəllimi – ildə 7-25 min dollar;
İsrail müəllimi – ildə 15-30 min avro.
Ermənistan müəllimi – ildə 2500 dollar;
Gürcüstan müəllimi – ildə 2500 dollar.(modern.az)

A French teacher writes on a blackboard during a morning lesson in a primary classroom at la Providence school in VincennesTürkiyə saytlarında isə dünya müəllimləri ilə bağlı ilginc dosye yayımlanıb. Ölkələr üzrə müəllimlərin durumu bu dosyedə detalları ilə təsvir edilib.

ABŞ: Bu ölkədə müəllimlik qadın peşəsi olaraq görülür. Orta hesabla ayda 3 min dollar məvacib alırlar. Müəllimlərə aid sosial təsisatlar, müəllimlər evi və ya düşərgəsi yoxdur. Ölkədə müəllimlər üçün geyim məhdudiyyəti də yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi tələbələrin dərsə davamiyyəti və zaman-zaman məsuliyyətsizliyidir. Təqaüd üçün 55 yaş və ən azı 20 il xidmət lazımdır.

Almaniya: Müəllimlər çalışacaqları təhsil müəssisəsini özləri tapmalıdılar. Cəmiyyətdə müəllimik tətili çox olan, heç bir iş görməyən, tənbəl məmur kəsiminin peşəsi olaraq görülür. Təqaüd üçün 3 yaş və ən azı 35 illik iş stajı tələb olunur. Stajına görə müəllimlər ayda 2-3 min dollar maaş alırlar.

Avstraliya: 1-ci dərəcəli bir müəllim orta hesabla 2500 dollar məvacib alır. Təqaüd yaşı 55-dir. Müəllimlərə endirimli imkanlar və ya sosial təsislər təqdim edilmir.

Çin: Müəllimə hörmət edilməsi qanunun şərtlərindən biridir. Ümumi olaraq bank işçisi ilə eyni məvacibi alır. Çində müəllimlər günü 10 sentyabrda qeyd edilir. Müəllim evi, düşərgəsi yoxdur. Xüsusi geyim məcburiyyəti yoxdur.

Fransa: İş stajı az olan müəllimləri aylıq məvacibi 1100 dollardır. 30 illik bir müəllimin məvacibi isə 2500 dollar civarındadır. Müəllimlərin çeşidli karyer qrupları var. Müəllimlərə dəsrsdən əlavə kurslar üçün əlavə pul ödənilir. Məvacib qarşılığında isə ayda cəmi 26 saat dərsə girirlər. Təqaüd yaşı 60-dır.

İngiltərə: Təcrübəli müəllimlər orta hesabla 5 min dollar məvacib alırlar.Müəllimin tam gün çalışması əsasdər. Əlavə dərs üçün məvacib ödənmir. Müəllimlər üçün hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yaponiya: Bu ölkədə müəllim “cəmiyət xidmətçisi” kimi qəbul edilir. Yeni fəaliyyətə başlayan bir ibtidai sinif müəlliminin aylıq məvacibi 2 min dollardır. 25 il təcrübəsi olan müəllimlər 65 yaşdan sonra təqaüdə çıxır.

Kanada: Kanadada müəllimlər ildə 4-6 dəfə təkmilləşmə kurslarında iştirak edirlər. Bu ölkədə kurikulumlar 2006-cı ildən tətbiq olunur. Bu metod demək olar ki, çox sürətlə dəyişir və təkmilləşir. Hər tədris ilinin əvvəlində keçirilən simpoziumda bütün müəllimlər “Müəllimin əl kitabı” ilə təmin olunur ki, bu kitabda da müəllimin bütün il boyu görəcəyi işlər və qarşılaşacağı problemlər, onlardan çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik qiymətləndirmə cədvəlləri, dərsə hazırlaşmaq qaydaları və s. öz əksini tapır.
Kanadada bütün müəllimlər hər il qeydiyyatdan keçməli və ildə 4-6 dəfə təkmilləşdirmə kurslarında iştirak etməlidirlər. Hər il dərs ili başlamazdan bir həftə qabaq bütün müəllimlər simpoziumda iştirak edir və yeni dərs ilində təlimin yeni metodları ilə tanış olurlar. Bütün müəllimlər hər 3 ildən bir 2 günlük ilk təcili yardım kursları da keçməlidirlər. Müəllimlərin demək olar ki, hamısı birləşmiş “Union” adlanan bir təşkilatın üzvüdür. Mənim çalışdığım departamentin müəllimləri və mən də həmçinin “unit B”-nin üzvüyük. Kanadada kurikulumun tələblərinə görə bütün müəllimlər məktəbəqədər kurikulum kurslarını keçməlidirlər. Bu ona gorədir ki, hər bir müəllim kiçikyaşlı uşaqların inkişafının 5 domaini, yəni sahəsini mükəmməl bilməlidir

2MTəhsil eksperti Etibar Əliyev də hesab edir ki, bu sahədə aparılan müqayisə ortaya ilginc gerçəkləri çıxarır: “BMT-nin son dövrlər müəllimlərin əməkhaqqı ilə bağlı maraqlı statistikası var. Oradan görünür ki, Azərbaycan müəllimi Koreya, Amerika, Finlandiya müəllimindən 10 dəfə, Tunis müəllimindən 7 dəfə, Türkiyə müəllimindən 5 dəfə, hətta Çili müəllimindən belə az əməkhaqqı alır.
Əslində, müəllim kasıb olmamalıdır. Bilik verirsə, nəsilləri gələcəyə hazırlayırsa, niyə o kasıb olmalıdır ki?
Müəllim status etibarilə orta təbəqəni təşkil etməlidir. Sovetlər vaxtı müəllim yaxşı-pis bu orta təbəqəyə aid edilirdi. Bizim ali təhsil sistemi Boloniya prosesinə keçib. Orada konkret yazılıb ki, Boloniya prosesinə üzv olan ölkələrdə müəllimin dərs yükü 350-400 saat olmalıdır və müəllim 2000-3000 manat əməkhaqqı almalıdır. Biz bu sistemə keçsək də, əməkhaqqı sisteminə keçmirik. Ona görə də müəllim məktəb daxilində aldığı məvaciblə yaşaya bilməyəcəyini hiss edərək, başqa vasitələrə əl atır. Ya repetitor olur, ya işdən sonra gedərək başqa işlə məşğul olur…».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam