Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Taleh Qaraşov məhkəmədən yayınır

İcra başçısına sui-qəsddə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanmaq üzrədir.

Yenixeber.org: Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işdə zərərçəkmiş şəxs ifadə verməyib. 

Həmin zərərçəkmiş isə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İş materiallarında yazılır ki, təqsirləndirilən şəxs Qaraşova nifrət bəsləyib, bu səbəbdən onun həyatına sui-qəsd təşkil etmək istəyib.

Taleh Qaraşov istintaq zamanı dindirilsə də, məhkəməyə gəlmir.

İttiham tərəfi zərərçəkmişin əvvəlki ifadəsinin elan edilməsini təklif etsə də, müdafiə tərəfi bununla razılaşmır.

Müttəhim Əskərovun vəkili Qaraşovun məhkəmədə hakim qarşısına çıxmasında israrlıdır: “Biz bilmirik ki, zərərçəkmiş məhkəməyə niyə gəlmir. Ölkə xaricində deyil, xəstə deyil… Gəlsin, sözünü desin”- , deyə vəkil əlavə edib.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər müdafiə tərəfinin istəyi ilə Taleh Qaraşova bir daha çağırış mesajı göndəriləcəyini bəyan edib.

Növbəti iclas aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, B.Əskərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.

Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam