Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Emin Əmrullayev: "İnanıram ki, "Neftçi" arzu etdiyimiz yerə gələcək"

İnanıram ki, "Neftçi" arzu etdiyimiz yerə gələcək.

Yenixeber.org-un məlumatına görə, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, uzunmüddətli hədəflər barədə düşündüklərini bildirib:

"Yaxşı nəticələrlə bağlı proqnozlar vermək asan deyil. İdarə Heyətində yer alanlar da bu komandanın azarkeşləridir. Dayanıqlı nəticələr istəyiriksə, səbirli olmalıyıq. Komanda hər oyuna yalnız qələbə üçün çıxır. Bütün parametrlər yerində olanda "Neftçi"nin dayanıqlı uğurlar qazanacağına inanırıq. Uduzmaq isə azarkeşlərin xoşuna gəlmir. Bu hissləri başa düşürük. İnanıram ki, "Neftçi" arzu etdiyimiz yerə gələcək. Bəlkə də bütün diqqəti əsas komandaya yönəldib tez nəticə əldə etmək olar. Amma "Neftçi" klubdur. Uğursuz dönəmdə komandanın yanında olan azarkeşlər var. Hər şey gedə bilər, amma "Neftçi" əbədidir".

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam