Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“EMİN ŞƏKİNSKİ BUNA NAİL OLA BİLMƏYƏCƏK…”

 

Daxili İşlər Nazirliyi (DİN) cinayət-axtarış Baş İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinski və onun 4 övladının ölkədən qaçmasına yardım etməkdə ittiham olunaraq barəsində cinayət işi açılan “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev, başına gələnlər barədə danışıb.

"Xeberinfo.com":  Hazırda Avropada mühacirətdə olan Əlövsət Əliyevin azadlıq.info-ya müsahibəsini təqdim edirik. 

- Əlövsət bəy, Emin Şəkinski olayı ilə bağlı danışmaq sizin üçün rahat ola bilər, çünki bu hadisədə adınız çəkilir və hətta sizə qarşı ittihamlar da var…Bu barədə nələri deyə bilərsiniz?

– Bilirsiniz, mən kecmiş polis əməkdaşıyam. Daxili İşlər orqanlarında müxtəlif məsul vəzifələrdə calşmışam və işlədiyim müddətdə dəfələrlə DİN-in rəhbərliyi tərəfindən təltif olunmuşam. 2001-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatında işə başladığıma görə cənab Ramil Usubovun razılığı ilə təqaüdə çıxmışam. 2007-ci il yanvar ayından “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyini təsis etmişəm, Ədliyyə Nazirliyində qeydiyyata aldırmaqla həmin təşkilata rəhbərlik etmişəm. AMM dövlət orqanları və beynəlxalq təşkilatlar, o cümlədən Daxili İşlər Nazirliyi ilə daimi sıx əməkdaşlıq etmişdir. Buna görə də polis əməkdaşlarına və onların ailə üzvlərinə həmişə hörmətlə yanaşmağa çalışmışam. Orada çoxlu dostlarım və vicdanlı vətəndaşlar fəaliyyət göstərir. Bu müsahibəni hanasısa polis haqqında vermək də mənə ağırdır.

- Rəhbərlik etdiyiniz Azərbaycan Miqrasiya Mərkəzinin dövlət orqanları ilə əməkdaşlıq etdiyini bildirirsiniz. O cümlədən Daxili İşlər Nazirliyi ilə də. Bu fəaliyyətiniz müddətində DİN sizinlə bağlı hansısa xüsusi narazılıq, anlaşılmazlıq nümayi.ş etdiribmi, yoxsa daha çox anlaşıqlı yanaşıbmı?

– Miqrantlara hüquqi yardım göstərilməsinə, sənədsiz şəxslərin sənədləşdirilməsinə, insan alveri qurbanlarının müdafiəsinə, habelə insan alveri faktlarının müəyyənləşdirilməsinə yardım göstərilməsi, qurbanların və sənədsiz miqrantların sığınacaqla təmin edilməsi və onlara davamlı hüquqi yardım sahəsində DİN-lə daimi sıx əməkdaşlıq etmişik.

AMM-in əsas nizamnamə fəaliyyətlərindən biri miqrasiya ilə bağlı müraciət edənlərə pulsuz məsləhətlərin verilməsi olmuşdur. AMM-in nizamnaməsinə və həyata kecirdiyimiz layihələrin məqsədlərinə uyğun olaraq müraciət edən şəxslər barədə anonimlik daim gözlənilmiş və müraciət edən şəxslər və onların müraciətlərinin məzmunu haqqında razılıqları olmadan məlumatlar yayılmamışdır. Miqrasiya sahəsində məsləhət almaq üçün müraciət edən şəxslərə hüquqi məsləhət verməmək və ya müraciət edən şəxslərin razılığı olmadan onların barəsində hüquq mühafizə orqanlarına məlumatın ötürülməsi Azərbaycan qanunvericiliyinə, AMM-in nizamnaməsinə və həyata keçirdiyimiz layihələrin prinsiplərinə ziddir.

- Keçək Emin Şəkinski söhbətinə. Bu hadisə necə baş verib? Ümumiyyətlə, bu hadisəni əvvəldən başlayaraq izah edə bilərsinizmi?

– Təqribən 2014-cü ilin yanvar ayında (ola bilsin daha əvvəl olub) Gülnara Şəkinskaya adlı xanım AMM rəhbəri kimi mənə müraciət etmiş və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirmiş, özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını (baxmayaraq ki, ərinin uşaqları ilə görüşməsinə heç bir maneçilik törədilməmiş və istədiyi gün və günün istənilən vaxtı uşaqları ilə görüşmüşdür), eyni zamanda məcburi olaraq ruhi əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirmiş və ordan ona verilmiş tibbi sənədləri mənə təqdim etmişdir. Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə mövcuddur. Bunlara əsaslanaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin və ya beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi. Mən qaçqın statusu almağa əsas olan halları (1951-ci il Konvensiyası, ona əlavə edilmiş protokollar və “Qaçqınların (və onlara bərabər tutulan şəxslərin) və məcburi köçkünlərin hüquqi statusu” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qaçqın statusu almaq hüququ olan şəxslər haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm.

Daha sonra o mənə özünü təqdim edib və əvvəllər miqrasiya sahəsində problemi olan bir qardaşına və bir bacısına effektli hüquqi yardım göstərdiyimə görə etibar etdiyini və güvəndiyini bildirdi. Bu artıq bizim ikinci görüşümüz idi. Bu zaman mən onun DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı olduğunu bilmişəm. Bunu biləndən sonra o məni inandırmağa çalışırdı ki, Şəkinski onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmağı və uşaqları, yəni 4 qızını, onun əlindən almağı planlaşdırır. Eyni zamanda, onu da bildirdi ki, onun oğlu olmadığına görə Emin Şəkinski onu boşamışdır. Eminin birinci xanımından olan oğlu rəhmətə gedəndən, qızları isə böyüyəndən sonra Emin tədricən onlara yaxınlıq edir, sonra isə qızları ondan almaqla onu ruhi əsəb xəstələri üçün dispanserə qoymaq istəyir. Onun mənə verdiyi məhkəmə qərarında Eminin uşaqlarla həftədə bir dəfə, 4 gün müddətində, görüşməsi qət edilmişdir.

Gülnarə Şəkinskaya Eminin imkanlarının geniş olduğunu, onun tərəfindən daimi izləndiyini, uşaqların məktəbə aparıb gətirilməsi üçün 2 sürücünün ayrılmasını, iki nəfərin isə onların mühafizəsi üçün ayrılmasını da bildirmişdir.

Digər şəxslərə olduğu kimi mən Gülnarəyə də xaricdə sığınacaq ala bilməsinə əsas olan halları izah etdim. Hətta ona hansı sübutlarının lazım olacağını da izah etdim. Uşaqların hansı qaydada xaricə aparılması və ya özünün haradan viza alacağı mənim üçün maraqlı deyildi və mənim işimə də aidiyyəti yox idi. Həmin vaxt, onun uşaqlarının xaricə aparmasına icazənin olub-olmadığı ilə də maraqlanmamışam və bu mənim fəaliyyətimə aid olan iş deyil.

- General Emin Şəkinskinin həyat yoldaşının işi ilə bağlı yayılan xəbərlərdə bildirilir ki, bu xanım işgəncələrdən bezərək ölkədən qaçıb. Bu işgəncə məsələsi nə qədər doğrudur? Sizdə bu barədə məlumatlar varmı?

– Emin Şəkinskinin o xanıma işgəncə verdiyini sübut edən dəlillər var idi. Boşanmalarına baxmayaraq polis əməkdaşlarını qanunsuz olaraq ona nəzarət üçün ayırmışdı. Ruhi-əsəb xəstəlikləri dispanserinə aparılmışdı və s. Aprel ayının əvvəllərində Gülnarə xanım mənə zəng etdi və Gürcüstanda olmasını bildirdi. Ona verdiyim məsləhət üçün təşəkkür etdi. Xahiş etdi ki, ona baş verənlərlə bağlı bir dəstək məktubu göndərim. Mən də göndərdim.

- Şəkinski tərəfdən iddia edilir ki, onun keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya ölkədən qaçdığı zaman generala məxsus olan pulu da götürüb qaçıb. BU məsələ barədə nəsə bilirsinizmi? Bu pul söhbəti haradan qaynaqlana bilər?

– Məlumatdan görünür ki, guya Gülnarə xanımın mənzilində cənab Emin Şəkinskinin pulu olub. Bu məlumat tam yalandır. Gülnarənin yaşadığı ev Bayraq meydanının tikintisi ilə əlaqədar söküldüyünə görə, Bakı Şəhər İcra Hakimiyyətindən aldığı pulu olduğu kimi bankların birində hesab açaraq həmin hesaba köçürmüşdü. Bunu yəqin ki, istintaq orqanı istəsə araşdıra bilərdi. Mənə bildirmişdi ki Yasamalda olan mənzilini təmir edirdi ki həmin mənzilə köçsün. Bayraq meydanında olan evinin qapı və pəncərələrini satışa çıxarmışdı. Hətta mənə təklif etdi ki, təşkilatın sığınacağında nəyəsə ehtiyac varsa ucuz ala bilərəm. lakin mən bundan imtina etdim. O çox halal, vicdanlı, mükəmməl təhsil almış və dindar xanım idi. Ondan boşanmış bir kiçinin onun mənzilinə girməsi və orada pul saxlaması, sonradan isə həmin pulların Gülnarə xanım tərəfindən oğurlanması kimi nağıla DİN ancaq Azərbaycan Respublikasının Prokurorluğunu “inandıra” bilər və bu işə görə ittiham aktı təsdiq etdirə bilər.

- Ortalığa çıxan informasiyalar belə mənzərə yaradır ki, siz Gülnarə xanıma yardım etdiyinizə görə polisin təqibi ilə üzləşmiş və ölkədən getməyə məcbur olmusuz. Bu, doğrudurmu, yoxsa başqa izahımı var?

– Səhhətimdə yaranmış problemlə bağlı 2014-cü ilin mart ayında Almaniyada həkim müayinəsindən keçmək üçün növbəyə dayanmışdım və onlardan zəng gözləyirdim. 19 aprel 2014-cü ildə Almaniyada yaşayan oğlum Türkel aprel ayının 22-də həkimlərin cədvəlində boşluq yarandığını və həmin tarixdə qəbula düşə biləcəyimi bildirdi. Belə olan halda mən ən ucuz ə daha tez yoldan istifadə edərək elə həmin günü Qusardan keçərək Maxaçqala – Moskvaya-Berlin reysi ilə Almaniyaya uçdum.

Müalicədə olduğum zaman Gülnarə Şəkinskinin uşaqlarını xaricə aparması ilə bağlı (işin detalları haqqında məlumatlarla indi tanış oluram) müəyyən qrup insanların həbs olunmasını və mənim barəmdə də cinayət işinin başlandığını və hətta barəmdə axtarış elan edildiyini eşitdim. Eyni zamanda mütəmadi olaraq mənim ailə üzvlərimin istintaqa məcburi aparılması haqqında məlumat aldım. Almaniyadan dəfələrlə cəhd etsəm də DİN rəhbərliyi və Emin Şəkinski ilə danışa bilmədim, lakin cinayət işini istintaq edən müstəntiqlə telefonla danışdım və ailə üzvlərimə olan əsasız təqiblərə son qoyulmasını və onları istintaqa çağırılmamağı tələb etdim. Eyni zamanda hadisənin məzmunu haqqında onlara məlumat verdim. İstintaqı aparan şəxs mənə şəxsən bildirdi ki, ondan asılı heç nə yoxdur, rəhbərliyin göstərişi belədir. Rəhbərlik Sizdən inciyib ki, Siz Gülnarə xanımın müraciəti və xaricə getmək istəyi haqqında Nazirliyin rəhbərliyinə bu barədə məlumat verməmişsiniz. Eyni zamanda bir neçə gündən sonra təkrar zəng etməyimi xahiş etdi. Mən həmin vaxt bel ağırlarından ciddi əziyyət çəkməyimə baxmayaraq bir necə gündən sonra danışıq məntəqəsinə gələrək ona zəng etdim. O mənə bildirdi ki, rəhbərliyin fikri belədir ki, Gülnarə xanım sizə güvənir ona görə də Siz o xanımı və onun qızlarını Bakıya qayıdışına gömək etməliyəm. Mən də bundan qəti olaraq imtina etdim. Çünki mən həmişə yardım göstərdiyim insanların uğurundan zövq almışam. Bir ailəni bir nəfərin aramsız basqılarından xilas olunması üçün effektli məsləhət vermişəm və etdiklərimə görə çox sevinirəm. Gülnarə xanım Bakıda qalsa yəqin ki indi dansısa dispanserdə idi. Cənab Emin Şəkinski uşaqlarına görə narahat olmalı deyil. Onlar 18 yaşları olandan sonra atalarına münasibətlərini sərbəst ifadə edəcəklər. O atalıq hüququndan məhrum edilməyib, qızlarının yaşayış yerini də bilir və buyurub baş çəksin. Bir ailənin köləlikdən xilas olunmasına etdiyim yardım üçün peşman deyiləm və buna çox sevinirəm. Çünki mən rəhbərlik etdiyim təşkilatın nizamnaməsinə, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq normalara uyğun hərəkət etmişəm.

Müstəntiqlə danışan zaman mən telefonlarımı saxladım ki, kim istəyirsə mənimlə əlaqə saxlasın. Lakin heç kimdən xəbər gəlmədi.

- Siz Almaniyaya gəldiz. Amma bu hadisə ilə bağlı sizin yaxınlarınıza qarşı hansısa təzyiqlər olub.

– Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları heç bir dəvət göndərmədən, zorla istintaqa mənim bacı və qardaşlarımı aparmışdılar. Hətta Abşeron rayonu Masazır kəndində qeydiyyatda olduğum evə nümayəndə göndərməklə xanımımı və azyaşlı qızımı da zorla istintaq orqanına aparmağa da cəhd etmişlər. Bu münasibətdən sonra uzun aylar xanımım və azyaşlı qızım müxtəlif qohumlarımın evində gizli yaşamalı oldular. Daha sonra Şəkinski vərdiş etdiyi cinayəti mənim ailə üzvlərimə qarşı törətməkdən çəkinmədi. O ailə üzvlərimin ölkədən çıxarılmasına şifahi göstərişlə qadağa qoymuşdu. Lakin mən bu problemi “Azərbaycansayağı” həll edə bildim və uşaqlarımı Tiflisə daha sonra Almaniyaya gətirə bildim.

- Amma bu məsələ ilə bağlı həbs olunanlar və indi məhkəmə qarşısına çıxarılan adamlar var. Bunların taleyi necə olacaq? Emin Şəkinskinin müdaxiləsi bu adamların bitirilməsi anlamına gəlmirmi? Axı, söhbət, faktiki olaraq, Daxili İşlər nazirinin müavini olan bir adamdan gedir…

– Məncə, Emin Şəkinski ilk növbədə, “haqqın. az” ın məlumatına münasibət bildirməli idi. Çünki məlumatın başlığında “ Generalın qaçırılan arvadından” bəhs olunur. O xanım isə cənab Emin Şəkinskinin arvadı deyil, keçmiş arvadıdır. “haqqın az”-ın hara bağlı olduğunu bildiyindən hətta təkzib hüququndan istifadə etməyə belə cürəti çatmır. Lakin ondan asılı olanların hüquqlarını qorumaqdan çəkinmir. Ortada saxtalaşdırılmış sənədlərlə, ciddi bir əsas olmadan insanların bir ildən artıq həbsdə saxlanılmasına nail olur və gözləyir ki, istintaq uzanarsa Əlövsət o xanımın qayıdışına kömək edə bilər. Həmin cinayət işi üzrə insanların bu vaxta kimi həbsdə saxlanılması tam qanunsuzdur. Çünki həmin maddədə nəzərdə tutulan cəza bir ilə kimidir. Bu insanlar isə bir ildir həbsdədir. Bu özbaşınalıqdır.

Eyni əməl digər vətəndaşlara münasibətdə törədilmiş olsa heç zaman həbs olunmazdılar. Başlanmış məhkəmənin isə onları dərhal azad etməkdən başqa yolu yoxdur. Bir məmurun köləliyindən xilas olunmuş insanlara görə bu qədər adamın bu vaxta kimi həbsdə saxlanılması qanunsuzluq və özbaşınalıqdan başqa bir şey deyil.

- Yəqin bilirsiniz ki, sizi saxta sənəd düzəltməklə insanların ölkədən çıxışını təmin etməkdə ittiham edirlər…

– Hesab edirəm ki, QHT rəhbəri kimi mənə münasibətdə baş verənlər cənab Emin Şəkinskinin cinayətkar əməllərinin mənə bəlli olanlarının qarşısını almağımla bağlıdır. Mən onun əməllərindən ancaq şikayət etməklə bu işləri görmüşəm. Gülnarə xanımın və onun qızlarının da ölkədən çıxarılmasına bu qayda ilə və ya məhkəmə qaydasında nail ola bilərdim və bunun üçün tələb olunan potensiala malik idim və bunun üçün saxta sənəddən istifadəyə ehtiyac yox idi.

Gülnarə xanıma qədər, səhv etmirəmsə, 2012-ci ildə Azərbaycan Miqrasiya Mərkəzinə onun 09. 09. 1964-cü ildə anadan olmuş bacısı Yusubova Elnarə Rəhim qızı hüquqi yardım üçün müraciət etmişdi. Ona xarici pasport verilməsinə məhdudiyyət qoyulmuşdur. Biz onun adından Daxili İşlər Nazirinə və ölkə başçısına müraciət etdik və iki aydan artıq apardığımız yazışmadan sonra cənab Emin Şəkinskinin bu qanunsuz göstərişini ləğv etdirdik.

- Yayılan informasiyalarda təsdiq edilir ki, Emin Şəkinskinin keçmiş həyat yoldaşı ilə ədavəti kifayət qədər böyüyübmüş. Yəni, qadının bütün qohumları qara siyahıya salınıbmış. Siz bu barədə nələrisə bilirdinizmi?

– Bəlli bir mərhələdn sonra müəyyən qədər məlumat əldə edə bilmişdim. Bilirdim ki, əvvəllər, hələ 2008-ci ildə bizim təşkilata Gülnarə xanımın qardaşı 24 noyabr 1978- ci ildə anadan olmuş Yusubov Fərid Rəhim oğlu müraciət etmişdi. Onun da ölkədən getməsinə cənab Emin Şəkinski tərəfindən qadağa qoyulmuşdu. Onu İrana getmək istədiyi zaman Astarada sərhədçilər saxlamış və polisə təhvil vermişdilər. 10 gün heç bir sənədləşmə aparmadan onu polisdə saxladıqdan sonra xüsusi konvoyla Bakıya gətirmişdilər. Pasportu və digər sənədləri isə qanunsuz olaraq Emin Şəkinski tərəfindən götürülmüşdü. Yalnız 6 aylıq yazışmadan sonra – ölkənin birinci xanımının dərkənarı ilə olan məktub prokurorluğa göndəriləndən sonra onun sənədlərinin geri alınmasına nail ola bildik və o ölkəni tərk edə bildi.

Eminlə Gülnarə xanımın boşanmasından sonra onların arasında yaranan bu konfliktin kökündə nələrin olması mənə bəlli deyil və heç vaxt maraqlanmamışam.

- Sizə qarşı həbs qəti imkan tədbiri hansı zərurətdən seçilmişdi? Yəni, ölkədə olsaydız, siz indi həbsxanada olardız yəqin ki. Siz özünüz hüquqşünassınız. Bu həbs üçün çüzi də olsa, qanuni sayılacaq əsas vardımı?

– Özümün və işlədiyim təşkilatın fəaliyyəti və öz fəaliyyətim daim şəffaf olmuşdur. Fikrimcə barəmdə başlanılmış cinayət işi Emin Şəkinski ilə mənim aramda onun keçmiş qaynı Fərd Yusubovun və baldızı Elnarə Yusubovanın ölkədən çıxmasına qoyduğu qanunsuz qadağaların dəyişdirilməsinə göstərdiyim hüquqi yardımla, habelə Gülnarə xanima verdiyim məsləhətlər haqqında onları məlumatlandırmamağımla bağlıdır. Sadəcə, cənab Emin Şəkinski QHT-lərə olan hücumdan faydalanmağa çalışır. Lakin buna nail ola bilməyəcək.

Mənim barəmdə nəyə görə cinayət işinin olması faktı işinin istintaqını aparan müstəntiqə və barəmdə həbs qəti imkan tədbiri seçən hakimə də bəlli deyil. Odur ki, sonda onlara da müraciət edirəm. Mənə xəbər göndərmirsiniz ki, Sizdən inciməyim balalarınıza çörək pulu qazandığınıza görə qanunsuz göstərişdən imtina edə bilməmsiniz. Mən heç birinizdən incimirəm sadəcə Sizləri şiddətlə qınayıram. Balalarınıza yığdığınız pullar, topladığınız varidat və pulla onlara aldığınız diplomlar onlar təminat deyil və onları xilas edə bilməz. Uşaqların xoşbəxt yaşaması üçün hamı elə Siz də qanunsuz göstərişlərin icrasından imtina etməyi bacarmalı və beləliklə ölkədə ədalətli cəmiyyətin qurulmasına nail olunmalıdır. Uşaqlarınız yalnız ədalətli cəmiyyətdə təminatlı yaşaya bilər.

Göründüyü kimi mənim haqqımda qəbul edilən prosessual qərar sübutlara və faktlara deyil, Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin istintaq orqanlarına davamlı olaraq təzyiqlərinə əsaslanır. Cənab İlham Əliyevin sinif yoldaşı olmasından qürrələnən, “çox sevdiyi və hər gün baş çəkdiyi balaları” üzərində polis əməkdaşlarını mühafizəçi kimi təyin etməsinə baxmayaraq nəzarəti itirmiş “general” şəxsin ölkədə Cinayətkarlığa qarşı mübarizə strategiyasını müəyyən edən, cinayətkarlığa qarşı mübarizəyə rəhbərlik etməli olan Baş İdarəyə necə rəhbərlik etməsinin nə qədər gülməli olmasının fərqindəmisiniz ?

Mən Azərbaycanda olmasam da dəfələrlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaraşova, Daxili İşlər naziri Ramil Usubova müraciət etmişəm ki, işin mənə aid olan hissəsinə xitam verilməsinə kömək etsinlər və cənab Şəkinskinin qanunsuz hərəkətlərini dayandırsınlar.

Sonda jurnalistlərə müraciət və xahiş edirəm edirəm. Məhkəmə prosesi açıq keçirilirsə prosesi izləməyinizi xahiş edirəm. Daha ətraflı və dolğun məlumat ala bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam