Redaktor seçimi
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Günün xəbəri

Emin Əmrullayevin uğursuz kadr siyasəti -TƏFSİLAT

Emin Əmrullayevin uğursuz kadr siyasəti

Emin Əmrullayevin Təhsil Naziri keçdiyi bir dövrdə Azərbaycanda rayon təhsil şöbələri ləğv edildi, 12 regional idarə yaradıldı. Amma bu Regional İdarələrin ölkəmiz üçün, təhsilimiz üçün heç bir faydası olmadı. Əksinə rüşvətxorluq, korrupsiya, qanunsuzluq daha da artı. Bundan əlavə qeyri-peşəkar rəhbərlər təhsilin daha çox alverə çevrilməsinə, ticarət obyekti kimi istifadəsinə keçid etdilər. Gəlin Regional təhsil idarələrinin ilk müdirləri haqqında məlumatları izləyək.
Yenixeber.org: Qeyd edim ki, bu haqda günümüzdəki dəyişikliklər əsasında ikinci yazımızı da paylaşacağıq.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

1. Lənkəran-Astara Regional Təhsil İdarəsinin şöbə müdiri Elxan Nəcəfov
Elxan Nəcəfov- hazırda Naxçıvan Təhsil Naziri vəzifəsində çalışır. Lənkəran-Astara Regional Təhsil İdarəsinin heç vaxt məktəblərdə işləməyən təcrübəsiz müdiri Elxan Nəcəfovun kurs əməkdaşlığından birdən-birə Təhsil İnstitutuna, oradan da heç vaxt yaşamadığı və işləmədiyi bölgəyə vəzifəyə təyin edilməsi və digər regionlarda yaşayan kurs yoldaşlarını müavin və sektor müdiri vəzifələrə gətirməsi nəzərdən yayınmır. Qeyd etdiyimiz bu təyinatlar müəyyən suallar doğurur. Hansı ki, Regional İdarədə çalışarkən həddindən artıq qanunsuzluq etmiş, vəzifələri satışa çıxarmış, insanlara hədə-qorxu gəlməklə işdən istefa etməsinə məcbur etmiş, imtahandankənar direktorlar təyin etmiş, Hədəf kursunun işlərinin genişlənməsi üçün qərəzsizlik etmiş. Demək olar ki, sahəsi üzrə vəzifə səlahiyyətlərindən istifadə edərək səlahiyyətdənkənar bütün ədalətsizlik, korrupsiya hallarını həyata keçirmişdir.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

2. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev indi BŞTİ- nin müdir müavini vəzifəsində çalışır. İddia olunur ki, yaxın zamanda BŞTİ müdiri vəzifəsinə təltif olunacaq. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, xaricdə də təhsil alan ixtisasca mühasib olan Anar Qədiməliyev nazirliyin strukturunda çalışandan sonra Gəncə şəhər yerli təhsil idarəetmə orqanın rəhbərliyindən indiki vəzifəyə təyinat alıb. Anar müəllim haqda həddindən artıq şikayət vardır. Yoxlamada regional idarənin fəaliyyətində bir sıra ciddi pozuntular aşkarlanmışdır.
Regional idarə rəisinin fəaliyyəti dövründə ciddi maliyyə nöqsanlarına yol verdiyi, eyni zamanda, kadr siyasəti ilə bağlı bir sıra ciddi pozuntuların olduğu aşkarlanıb. Anar Qədiməliyev barəsində şikayətlər araşdırılır.
İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsi,
Anar Qədimalıyev ixtisasca aqronom olması, məktəb direktorunun üstünə hücum da çəkib və onu hədələməsi, açıq şəkildə deyir ki, nazir mənim dostumdur və heç kim mənə heç nə edə bilməz deməsi, ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi və s.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

3. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Mənsimli Sənan 1987-ci ildə Biləsuvar şəhərində anadan olub. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri, ixtisasca mühasib olan Sənan Mənsimli ərazi maliyyə hesablaşma mərkəzi rəhbərliyindən və nazirliyin bəzi layihələrinin maliyyələşməsini həyata keçirməklə təhsil sahəsində idarəetmə vəzifələrinə yüksələ bilib.

Mənsimli Sənan- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarənin müdiri Mənsimli Sənan Famil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə protokolu yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

4. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev pedaqoji sahədə çalışsa da, Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

Emin Əmrullayevin uğursuz kadr siyasəti


5. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov pedaqoji sahədə çalışmışdır.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

6. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov ixtisasca hərbçi olan müdiri Gündüz Əbdülov hərbi sahədə müxtəlif vəzifələrdə işləyəndən sonra TƏBİB-in aparat rəhbəri postundan bölgə təhsilinə rəhbər təyin edilib. Təhsilə bağlılığı ümumiyyətlə olmayan polkovnikin bu vəzifəyə təyinatı fəaliyyətləri sual doğurduğu üçün vəzifədən uzaqlaşdırılan TƏBİB rəhbərliyində təmsil olunması faktı ilə birlikdə nəzərdən keçiriləndə qəribə mənzərə yaranır.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

7. Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva pedaqoji sahədə çalışmış, iillərlə şagirdlərlə birlikdə çalışmış və hissə-hissə vəzifəsini artıraraq bu vəzifəyə nail olmuşdur. Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub. 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

8. Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov Təhsil Nazirliyinin əməkdaşıdır. Mərkəzi Aran Regional Təhsil İdarəsinin ixtisasca pedaqoq olan müdiri Elçin Kərimov yerli təhsil idarəetmə orqanının rəhbərliyinə, oradan da mərkəzi təhsil idarəetmə orqanlarına sosial lift ilə vəzifələrə yüksəlməklə karyerasını qursa da bu bölgədə yaşamadığı və işləmədiyi diqqəti çəkir. Elçin Kərimov haqqında kifayət qədər korrupsiya xəbərləri yayılmışdır. Hazırda da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiridir.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

9. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Təhsil Nazirliyinin əməkdaşıdır. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev nazirlik və onun strukturlarında çalışdığı adi vəzifələrdən heç vaxt yaşamadığı və işləmədiyi regiona təyinat alıb. Yuxarıdakı təyinatlar isə yalnız təəccüb doğurur

Emin Əmrullayevin uğursuz kadr siyasəti

10. Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbəri Aslan Hacıyevdir.ixtisasca politoloq olan Arslan Hacıyev həm də xaricdə təhsil alıb. Arslan Hacıyevin karyerası satış üzrə menecerlikdən başlayaraq “Azərşəkər” MMC-də müxtəlif kiçik vəzifələrdən təhsil sahəsindəki indiki idarəetmə vəzifəsinə yüksəlişlə müşayət olunmuşdur. Son təyinatlar isə ölkə ictimaiyyətində gülüş doğurmuşdur.

Emin Əmrullayevin uğursuz kadr siyasəti

11. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Bəhruz Mehdiyev isə Biləsuvar məktəb-liseyinin direktorudur. İndi isə Lənkəran - Astara Regional Təhsil İdarəsi müdiridir. “Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ixtisasca pedaqoq olan müdiri Bəhruz Mehdiyev təlimçilik və bankçılıq fəaliyyətindən sonra lisey direktoru postuna, oradan da Şəki-Zaqatala, indi isə Lənkəran-Astara postuna keçid edib.


Emin Əmrullayevin uğursuz kadr siyasəti

12. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri R.Hacıyevin 20 min manat məbləğində pulun Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyev tərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eyni zamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam