Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal...

 

Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” otelinin mühasibatlıq şöbəsinin müdiri Qədir Özdəmir Bolu Bələdiyyəsi ilə otel rəhbərliyi arasında baş tutan danışıqları etiraf edib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama aparıblar:

“Yoxlama nəticəsində otelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.

Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri otelə gələrək yenidən ətraflı baxış keçiriblər:

“Mən C. adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra otelin rəhbəri Əhməd Dəmirə zəng edib vəziyyəti ona başa saldım. Daha sonra Ə.Dəmir Bolu Bələdiyyə sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb. S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq. Otelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim. Ə.Aras da mənə dedi ki, bu nöqsanları aradan qaldırmaq çox baha başa gəlir, əgər yoxlamanı ləğv etmək alınırsa, onu ləğv edək”.

Q.Özdəmirin sözlərinə görə, “Qrand Qartal” oteldə yoxlama aparılması ilə bağlı qərarın ləğvi üçün yazılan ərizə 24 dekabr 2024-cü ildə idarəyə təqdim edilib:

“Cəmi bir gün sonra, Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər yanğınsöndürmə idarəsinin otel yoxlamasını ləğv edib”.

Qeyd edək ki, Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğınla bağlı aparılan araşdırma çərçivəsində Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər, xilasetmə müdirinin müavini Kənan Coşqun və yanğınsöndürən İrfan Acar da həbs edilib. Daha əvvəl isə otelin rəhbəri Əhməd Dəmir saxlanılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam