Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları –Təhsil sistemində biabırçılıq

Sosial şəbəkələrdə yayılan son iddialar cəmiyyətin ciddi narahatlığına səbəb olub. “Təhsildə Nəzarət” səhifəsinin paylaşdığı məlumata görə, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və baş mühasib Səadət Abbasova təhsil müəssisəsini biznes mənbəyinə çeviriblər.
Yenixeber.org: İddialara görə, məktəbdə vakant yerlər gizlədilərək qanunsuz yollarla müəllimlər işə götürülür, hətta peşə məktəbinə bərbər müəllimi kimi kənar şəxslər təyin edilir. Həmin şəxslər arasında qanunsuz hərbi rəhbər də yer alır. Bu faktlar Maliyyə Nazirliyi tərəfindən araşdırılıb və nəticədə saxta diplom satışı, külli miqdarda yeyinti faktları aşkara çıxarılıb. Məlumatlara əsasən, məsələ artıq Göygöl Rayon Prokurorluğuna göndərilib və cinayət işi açılıb.
Bundan əlavə, müəssisədə çalışan anbardar Kərim adlı şəxsin vasitəsilə tələbələrin mobil telefonları əllərindən alınaraq direktor otağına çağırıldıqları, onlardan müxtəlif adlarla pul yığılaraq “cəzanı özünüz düzəldin, cərimələri ödəyək” tipli ifadələrlə təzyiq göstərildiyi bildirilir.
Bütün bu iddialar təhsildə şəffaflıq və dürüstlük prinsipinə zidd olaraq, ciddi hüquqi qiymətləndirmə tələb edir. İctimaiyyət məsələ ilə bağlı rəsmi qurumların operativ araşdırma aparmasını və günahkarların qanun qarşısında cavab verməsini gözləyir.
Həmçinin qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib.(Bakunews.az)
Qönçə Mahalova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam