Pakistan prezidenti Rusiyadan danışdı:... birlikdə işləməyə hazırıq
Pakistan daha parlaq və firavan gələcək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.
Yenixeber.org: Bunu Pakistan Prezidenti Asif Əli Zərdari Rusiyanın İslamabaddakı səfirliyinin təşkil etdiyi Rusiya Günü (12 iyun) münasibətilə keçirilən qəbulda çıxışı zamanı deyib.
"Əminəm ki, Pakistan və Rusiya arasında dostluq bağları daha da möhkəmlənəcək. Bu axşam bu mühüm hadisəni qeyd edərkən, gəlin ölkələrimiz arasında anlaşma və əməkdaşlıq körpüləri qurmaq öhdəliyimizi bir daha təsdiq edək. Gəlin qarşıda duran imkanlardan istifadə edək və daha parlaq və firavan gələcək naminə birlikdə çalışaq. Yaşasın Pakistan və Rusiya arasında dostluq", - Zərdari deyib.