Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR -Kremlin rəsmi ideoloqunun açıqlaması nəyi göstərir?

Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın bu vaxta qədər apardığı pərdələnmiş imperiyaçılıq, işğalçılıq, qonşu dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik siyasətini tam açıq müstəviyə çıxardı.

Yenixeber.org:  Artıq qonşu ölkələrin suverenliyini birbaşa şübhə və təhdid altına almaq Rusiya siyasi hakimiyyətinin təmsilçiləri üçün adi hala çevrilib və Kreml bunu hansısa formada pərdələməyə belə çalışmır.

Məlum olduğu kimi, Ukrayna ilə vaxt uzatmağa yönələn və kapitulyasiya tələbindən başqa heç bir mahiyyət daşımayan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Putinin köməkçisi Vladimir Medinski ötən gün işğal olunmuş Ukrayna ərazilərini Qarabağla eyniləşdirib: "Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın işğal etdiyi Ukrayna əraziləri-red.) "böyük Qarabağa" çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək...”

Medinski əlavə edib ki, Moskva heç kim tərəfindən tanınmayan "böyük Qarabağ" yaradılmasını istəmir: "Buna görə də, biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik".

Yəni, Medinski həm də demək istəyir ki, ermənilər zamanında səhv edib. Onlar Qarabağ erməni işğalında olarkən bu qondarma qurumun və işğal olunmuş ərazilərimizin “tanınmasına” nail olmalı idi. İndi isə işğalçı Rusiya Ermənistanın bu “səhvini” təkrarlamaq istəmir. Ən əsası isə Putinin köməkçisi Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır.

Nəzərə alsaq ki, Medinski hazırda təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir, bunu həm də Moskvanın rəsmi mövqeyi hesab etmək olar. 


Azərbaycanın bu təxribatçı açıqalmaları cavabsız qoymayacağı bəlli idi. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Medinskinin dediklərinə bu cür cavab verib: “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”.


XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O xatırladıb ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və tanıyır: “Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”.

Qeyd edək ki, Medinskinin bu açıqlaması bir daha hələ də Kremlin “Qarabağ sancısı”nın bitmədiyini göstərdi. Göstərdi ki, Moskvanın bir gözü yenə Ermənistanda və Azərbaycan torpaqlarında, fikri isə bu ərazilərdə yenidən aranı qatmaqda, Ermənistanı işğalçılığa həvəsləndirməkdədir.

Xatırladaq ki, bundan bir müddət əvvəl Ermənistana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın vaxtilə Azərbaycanın Qarabağla yanaşı, ətraf yeddi rayonunu işğal etmək üçün Rusiyadan aldığı silah və texnikadan istifadə etdiyini açıq şəkildə, utanıb çəkinmədən bəyan etdi: “Xatırlatmaq istərdim ki, Ermənistan demək olar ki, müstəqillik qazandığı gündən bəri Rusiya silahlarından istifadə edir. Bu silahlar yeddi beynəlxalq səviyyədə tanınmış və Ermənistanın heç vaxt rəsmi şəkildə iddia etmədiyi rayonların işğalı zamanı da tətbiq olunub”.

İstər Lavrovun, istərsə də Medinskinin bu açıqalmaları bir daha Ukraynada bataqlığa düşmüş Rusiyanın “başı açılan kimi” bizim regionda yenidən aranı qatmağa çalışacağının siqnalları sayıla bilər. Qonşu ölkələrə yalnız qanlı münaqişələr və fitnə-fəsadlar sayəsində nəzarət etməyə çalışan Rusiyanın yaxın zamanda bu çirkin siyasətdən əl çəkəcəyini gözləməyə dəyməz. Ona görə də Azərbaycanın qardaş Türkiyə ilə strateji birlik yaratması, eləcə də ölkəmizin Rusiya-Ukrayna müharibəsi və Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu beynəlxalq hüquqa uyğun mövqe məntiqli və ölkəmizin milli maraqlarına uyğundur…(Azpolitika)

C.Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam