Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR

Suraxanı: Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar
Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev küçəsi 19 ünvanda qanunsuz qeyri-yaşayış obyekti tikilir. Əhatə etdiyti sahənin böyüklüyündən, vizual görüntüsündən bəlli olur ki, obyekt ticarət mərkəzi olacaq.
Yenixeber.org: Öyrənmişik ki, tikilən obyektin aidiyyəti qurumlardan heç bir icazə sənədi yoxdur. Obyektin sahibi kimi Vətən müharibəsi qazisi olan bir şəxsi qabağa veriblər. Aydın məsələdir ki, hətta həmin şəxs doğrudan da obyektin gerçək sahibidirsə də, ona bir müharibə veteranı kimi dövlətin verdiyi imtiyazlar sırasına qanunun tələbləriniu tapdalamaq ixtiyarı yoxdur. Başa düşülən odur ki, əsl sahibkar başqa adamdır, bəlkə də hətta ola bilər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan dövlət məmurudur. Həmçinin məlumatlarda qeyd olunur ki, qazinin nüfuzu keçməyəndə qanunu onlara xatırladana obyektin Penitensiar Xidmətin rəisi, ədliyyə generalı Mirsaleh Seyidova məxsus olduğunu deyib hədə-qorxu gəlirlər.
Əlbəttə, hazırki Azərbaycan reallığında kifayət qədər böyük ərazini əhatə edən və görünən yerdə olan bir obyekti qanunsuz inşa etmək üçün korruptiv cəmiyyətdə gərək ya rüşvət vermək üçün böyük maddi imkana, ya da təzyiq göstərmək üçün böyük vəzifəyə, təsir rıçaqlarına malik olmaq lazımdır. Heç cür inanılası deyil ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin az qala hər yerdə müşahidələr aparan, qulaqları səsdə olan funksionerlərinin sözügedən obyektdən xəbərləri olmasın. Yəqin ki, onlar qurşandıqları korrupsiyaya görə nə vaxtsa həbsxanaya düşə biləcəklərini nəzərə alıb indidən Penitensiar Xidmət rəisinin “qara siyahısına” düşmək istəmirlər.
Amma əlbəttə ki, Suraxanı rayonunda qanun-qaydanın, ictimai ədalətin təmin edilməsinin qarantı kimi ilk növbədə rayon icra hakimiyyətinin başçısı cənab Adil Əliyev ağıla gəlir. Çünki o, hələ başçı vəzifəsinə təyin olunana qədər ölkədə kifayət qədər tanınmış ictimai-siyasi xadim idi. Onun gəlişi ilə rayonda bütün müstəvilərdə müsbət istiqamətdə dəyişikliklər olacağına gözləntilər çoxdu. Ən çox narahatçılıq doğuran təzahürlərdən biri isə məhz özbaşına tikililərin artması idi. Görünən odur ki, Adil Əliyev bu mənfi tendensiyanı dəyişə bilməyib.(nyus.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam