Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Trampın Ukrayna planından YENİ XƏBƏR: yaza qədər...

2025/01/1736843154.jpg

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 2025-ci ilin yazına qədər dayandırmağı planlaşdırır.

Yenixeber.org: Bu barədə "The Independent" qəzeti yazır.

Nəşrin mənbəsi qeyd edib ki, Trampın Ukraynaya dəstəyi zəiflədə biləcəyi və ya Kiyev üçün əlverişsiz olan kompromislərə gedə biləcəyi barədə fikirlər səhvdir.

“Ukraynadakı vəziyyətdən narahat olanlar Trampın andiçmə mərasimində David Araxamiyanın (Ukrayna Ali Radasındakı hakim fraksiyasının rəhbəri - ) iştirakına diqqət yetirməlidirlər. Bu, Donald Trampın Ukrayna üçün sərfəli sövdələşmə əldə etmək niyyətini nümayiş etdirən çox mühüm addımdır”, - mənbə bildirib.

Qəzet qeyd edir ki, Araxamia ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimində Kapitol rotundasına girməyə icazə verilən azsaylı xarici rəsmilərdən biridir. Mənbənin sözlərinə görə, yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenski ilə Tramp arasında görüş baş tutacaq.

Seçki kampaniyası zamanı Donald Tramp Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində dayandırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Seçilmiş prezident sonradan ritorikasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam