Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır

 

Qafqazdakı yeni status-kvo legitimliyə, qanuniliyə və beynəlxalq hüquqa əsaslanır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.

O qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda sülh və sabitlik var:

“Azərbaycan hazırkı sülh və sabitliyi təmin etmək üçün çox iş görüb. Münaqişə və müharibə artıq bitib. Biz sülh gündəliyi üzərində işləyirik. Vacib olan odur ki, Qafqazda yeni status-kvo yaranıb. Bu, legitimlik, qanunilik və beynəlxalq hüquqa əsaslanır. Əvvəlki status-kvo isə təəssüf ki, işğal faktına əsaslanırdı”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan artıq regional ölkələr vasitəsilə daha geniş coğrafiya ilə əlaqələr qurub:

“İndi Ermənistan da göstərməlidir ki, onun ərazisindən keçid iqtisadi cəhətdən səmərəli və cəlbedici ola bilər. Biz hələ də gözləyirik. Amma məsələnin yaxşı tərəfi odur ki, ikitərəfli kanallar vasitəsilə biz Ermənistanla müxtəlif istiqamətlər üzrə işləyirik.

Bu istiqamətlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası və bəzi digər məsələləri əhatə edir. Sülh müqaviləsinin mətn razılaşdırılıb. Lakin hələ də həll olunmamış məsələlərimiz var və onların üzərində işləyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam