"Şahdəniz"də yeni platforma tikiləcək
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək.
Yenixeber.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, tikiləcək platforma kompressor platforması olacaq.