Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

İcra başçısı tibb işçiləri ilə görüş keçirdi- FOTOLAR



Füzulidə həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması müzakirə olundu

 

Xeberinfo.com:   Prezident cənab İlham Əliyevin əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlam həyat sürməsi, sağlam yaşaması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətində xidmət təşkilatlarının, Rayon Mərkəzi Xəstəxanasının, Füzuli Tibb Mərkəzinin vəərazidəki tibb məntəqələrinin həkimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.    

Görüşdə rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlam həyat tərzi sürməsi, sağlam yaşaması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunmuşdur.

Müzakirələr zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı  konkret tapşırıqlar vermişdir.

Alı Alıyev qeyd etmişdir ki, respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da ən müasir standartlara cavab verən Tibb Mərkəzi tikilmiş, müasir avadanlıqlar alınmış, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün tapşırıq verilmişdir.

        Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov çıxış etmiş, əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat vermişlər.

        Müzakirələr zamanı əhaliyə göstərilən tibb xidməti sahəsindəki müsbət keyfiyyətlərlə yanaşı, bir sıra nöqsanların da olduğu qeyd olunmuşdur. 

        Görüşə yekun vuran Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, müəyyən neqativ halların qarşısının alınmasında  ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Bildirmişdir ki, həqiqətən də qarşıya çıxan nöqsanların aradan qaldırılmasında ictimaiyyətin rolu böyük olmalıdır.

 Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sağlam böyüməsi, onlara bütün sahələrdə nümunəvi xidmət göstərilməsi, heç bir kəsin incidilməməsi  barədəki tapşırıqları sösüz icra edilməlidir.  

 












 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam