Füzulidə sağlamlıq aksiyası: Əhalinin pulsuz tibbi müayinəsi keçirilir - FOTOLAR
Xeberinfo.com: Prezident cənab İlham Əliyev insana qayğı, əhalinin səhiyyə, sağlamlıq problemlərinin diqqət mərkəzində saxlanılması məsələlərini, bir sözlə insan amilini daim bir nömrəli vəzifə kimi aidiyyəti orqanların qarşısında qaldırmışdır. Cənab İlham Əliyevin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı tapşırığı bir məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır. Sağlam bədəndə sağlam ruh olması bu gün özünün aktuallığı ilə daha çox diqqəti cəlb etməkdədir.
Prezident cənab İlham Əliyev 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüş, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə gorüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilmişdir. Alı Alıyev Prezident cənab İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyyələrini vermişdir. Bildirmişdir ki, ərazidə məskunlaşmş əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı komissiya yaradımış və yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlamışdır.
Hazırda rayon ərazisindəki 39 yaşayış məntəqəsində məskunlaşıb yaşayan məcburi köçkün ailələrinin 5 məntəqədə İkinci Zobucuq qəsəbəsində, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanmışdır. Müayinədə keçənlər Prezident cənab İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniyanın genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirir.
Sağlamlıq aksiyası mayın 2-dək davam edəcəkdir.