Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

 

Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

Yenixeber.org-un məlumatına görə, nazir görüşdə Suriyada əldə olunan atəşkəs prosesinin müzakirə edildiyini bildirib. O, bu kontekstdə ABŞ nümayəndəsi Tom Barrakın Suriyada keçirdiyi görüşlərlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib:

“Bu səhər ABŞ-ın Suriya üzrə nümayəndəsi hörmətli Tom Barrakla görüşdük. O, Dəməşqdə keçirdiyi görüşlərin detalları barədə məlumat verdi. Həm SDQ ilə, həm də Suriya hökuməti ilə ayrı-ayrılıqda, o cümlədən üçtərəfli formatda görüşlər keçirib. Biz Türkiyənin hər zaman konstruktiv rol oynadığını vurğuladıq. Bunu bütün tərəflər məmnuniyyətlə qarşılayırlar. Müzakirələrimizi birgə davam etdirəcəyik”, – deyə Hakan Fidan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam