Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Füzulidə daha iki səhiyyə ocağı istifadəyə verildi

 

  Böyük Bəhmənli kənd xəstəxanası və həkim ablatoriyasının açılışı olmuşdur

 

"Xeberinfo.com": Füzuli rayonunda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə ocaqları tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb avadanlıqları və ləvazimatlarla təchiz olunur. Bu sözlər bu gün Füzuli rayonun Böyük Bəhmənli kənd xəstəxanasının və həkim ablatoriyasının açılış mərasimində bildirilmişdir.

Açılış marasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirmişdir ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda da əhalinin sosial problemləri uğurla həll edilir. Dövlət başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaratmışdır.

Alı Alıyev demişdir: - “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır. Böyük Bəhmənli kəndində  istifadəyə verilən həkim məntəqəsi kənd sakinlərinin rahat yaşayışına imkan verəcəkdir.”

Alı Alıyev xəstəxanadan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlıqla təchiz olunan xəstəxana rayonun ən böyük yaşayış məntəqəsinin sakinlərinə  xidmət göstərəcəkdir.

 

Sonra tədbir iştirakçıları xəstəxanada və amblatoriyada yaradılmış şəraitlə tanış olmuşlar. 

 


       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam