Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə daha bir xəstəxana istifadəyə verildi - FOTOLAR

 

“Füzuli rayonunda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə, sağlamlıq  ocaqları tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb avadanlıqları və ləvazimatlarla təchiz olunur”. 

 

Xeberinfo.com:   Məlumata görə, bu sözlər Füzuli rayonunun Əhmədbəyli kənd xəstəxanasının açılış mərasimində bildirilib. 

Açılış mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda da əhalinin sosial problemləri uğurla həll edilir. Dövlət başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsinə, sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı tibb xidməti göstərilməsinə şərait yaradıb: “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır. Əhmədbəyli kəndində istifadəyə verilən xəstəxana dörd kəndin - Əhmədbəyli, Mahmudlu-2, Murtuzalılar və Qarabağ kəndinin sakinlərinə müasir tələblərə uyğun tibb xidmətinin göstərilməsinə imkan verəcək”.

Alı Alıyev xəstəxanadan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib, bir daha sakinləri təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib.

Açılış mərasimində qeyd olunub ki, 1956-cı ildə tikilmiş Əhmədbəyli kənd xəstəxanası Rayon Mərkəzi Xəstəxanasının vəsaiti hesabına müasir standartlara uyğun yenidən inşa edilmiş, zəruri tibbi avadanlıqla təchiz olunmuşdur. Xəstəxana rayonun dörd böyük yaşayış məntəqəsinin sakinlərinə terapevik, pediatrik, ginekologiya, stamatologiya və digər tibb xidməti göstərəcək. Xəstəxanada 6 palata və 30 çarpayı mövcuddur. Xəstəxanada kənd sakinlərinə 7 həkim, 15 tibb isçisi xidmət göstərəcəkdir.

Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olublar.

 

 










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam