Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə əhaliyə tibbi xidmət diqqət mərkəzindədir - FOTOLAR

 

       Alı Alıyev rayonda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə yerində tanış olub 

 

Xeberinfo.com:   Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olmuş, burada insanlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanmış, əhali ilə görüşüb söhbət etmişdir.

Alı Alıyev Prezident cənab İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırlatmış, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyyələrini xatırlatmışdır.  

Alı Alıyev demişdir ki, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir, rayonda özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.

   Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat vermişlər.

   Rayon sakinləri və xəstəxanada müayinə olunan məcburi köçkünlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıqlarını bildiriblər. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

   Hər iki tibb mərkəzində tibbi müayinədən keçən rayon sakinləri ilə söhbət edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, tibb məntəqələrində, ayrı-ayrı idarəəssisələrdə onların incidilməsi halları baş verərsə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.  

 Sonda Alı Alıyev bir daha tibb işçilərinə həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsi, imtiyazlı xəstələrə dərman pereparatlarının vaxtında verilməsini tapşırmış, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sağlam böyüməsi, onlara bütün sahələrdə nümunəvi tibb xidmət göstərilməsi, heç bir kəsin incidilməməsi  barədəki tapşırıqlarını sösüz icra etmələrini tövsiyyə etmişdir.  













 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam