Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
Ümidliyik ki, COP29-da iqlim maliyyələşməsi ilə bağlı müsbət və dünya dövlətlərinin gözləntisinə uyğun olan qərar qəbul olunacaq.
Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, bu il keçirilən COP-un əsas mövzusu iqlim maliyyələşməsidir:
“Bununla bağlı COP-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hal-hazırda da davam edir”.