Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur -FOTOLAR

Kafe-barda səhər saatlarınadək davam edən əyləncə sakinlərin həyatını cəhənnəmə çevirib

Yenixeber.org: Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 130-un sakinləri yaşadıqları binanın zirzəmisində yerləşən “Red Black” istirahət mərkəzi adlı kafe-barın fəaliyyətindən narazıdırlar.
Sakinlər bildiriblər ki, gecə saatlarında evlərində rahat otura, yata bilmirlər. Səbəb isə bar tipli kafedə gecə gec saatlaradək musiqili əyləncənin təşkili, müştərilərin səs-küyüdür.
Binanın komendantı Elnur Hüseynov bildirir ki, dəfələrlə obyektin sahiblərinə irad bildirilib, amma nəticəsi olmayıb.
“Bina sakinləri, xüsusilə də aşağı mərtəbədə, yəni zirzəminin üzərindəki mənzillərin sahibləri şikayət edirlər. Gecə saat ikiyə-üçə, bəzən də səhər saatlarınadək əyləncələr davam edir. Səs-küydən insanlar evlərində rahatlıq tapmırlar. Körpə uşaq var, yaşlı, xəstə insanlar var ki, “Red Black”dakı əyləncə onların həyatını cəhənnəmə çevirib”, - deyə komendant vurğulayıb.
Onun sözlərinə görə, dəfələrlə polisə müraciət olunub: “Amma hansısa nəticəsi yoxdur. Gəlirlər, obyekt sahibinə bu cür fəaliyyətə son qoyulmasını tapşırırlar, obyekt sahibi də “yaxşı” deyib yola verir, yenə öz işindədir. Elə dünən gecə saatlarında da bir neçə sakinlə birlikdə getdik etirazımızı bildirdik, yenə polisə şikayət edildi, polis əməkdaşları gəldilər. Bu, qanunsuz fəaliyyətin qarşısını almaq sanki müşkülə çevrilib”.
Bina sakinləri aidiyyəti orqanlardan kömək istəyirlər ki, “Red Black”ın bu cür qanunsuz fəaliyyətinə son qoysunlar.
Məsələ ilə bağlı sualımıza Abşeron Rayon İcra Hakimiyyətindən və Abşeron Rayon Polis İdarəsindən cavab almaq mümkün olmadı. Dəfələrlə etdiyimiz telefon zənglərimizə bu qurumların heç birindən cavab verilmədi. Vətəndaşların şikayətini diqqətdə saxlayacağıq.(AYNA)

 Banu Çiçək


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam