Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Rusiya NATO ilə dialoqa hazırdır -təcavüzə isə dözməyəcək

Rusiya – NATO toqquşması heç vaxt bu qədər real olmayıb – Dmitri Medvedev

         Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək.

Yenixeber.org: Məlumata görə, bunu “Valday” klubunun iclasından əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.

Rusiya XİN başçısı NATO, Ukrayna və keçmiş sovet respublikaları ilə əlaqələrdən danışıb.

O bildirib ki, əgər NATO və ya təşkilata üzv hər hansı ölkə Rusiyaya qarşı aqressiv hərəkətlərə yol verərsə, cavab adekvat olacaq və okeanın o tayında oturmaq alınmayacaq.

Lavrovun sözlərinə görə, ABŞ hakimiyyətinin rusofob siyasəti onların daxili və xarici siyasətidir: "Moskva ABŞ-la dialoqu mümkün hesab edir, lakin bu dialoq bərabər əsasda olmalıdır. Bir şərtlə ki, Amerika əməldə vicdanla danışıqlara hazır olduğunu təsdiq etsin".

Keçmiş Sovet İttifaqı respublikalarına gəlincə, Lavrov Rusiyanın respublikaların rəhbərliyinə qərar qəbul edərkən təzyiq etmədiyini söyləyib: "Məsələn, Ermənistan və Azərbaycanla bağlı vəziyyətdə, onların sülhə dair qərarları ilə bağlı vəziyyətdə belə olmuşdu".

Lavrov vurğulayıb ki, Qərbin mane olmaq cəhdlərinə baxmayaraq, Rusiya ilə Qazaxıstan arasında əməkdaşlıq uğurla inkişaf edir: "Biz həmçinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazırıq və Moldovanın sağlam düşüncəli olacağına ümid edirik ki, bu da Dnestryanıda münaqişənin genişlənməsinə imkan verməyəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam