Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İrəvana qarşı Bakıya yaşıl işıq:Rusiya bu addımı atdı ki...

 

Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirovun müsahibəsi:

- KTMT-nin Astana sammitindən sonra Azərbaycanın bu təşkilata müşahidəçi statusunda qəbulu məsələsi müzakirə edilir. Azərbaycanın KTMT-yə müşahidəçi qismində yaxınlaşması nə dərəcədə realdır?

- Əvvəla onu qeyd edim ki, hazırda Ermənistanın KTMT-də mövqeləri kifayət qədər zəifləyib. Hətta Ermənistanda müxtəlif politoloqlar, siyasi şərhçilər qeyd edirlər ki, KTMT çərçivəsində Ermənistan küncə sıxılmış vəziyyətdədir. Bunun da səbəbkarı Ermənistandakı yeni hakimiyyətdir. Paşinyan bu təşkilatın rəhbərliyi və digər üzvləri ilə hesablaşmadan birtərəfli qaydada KTMT-nin baş katibinin, erməni generalının həbsi ilə bağlı qərar qəbul etdi. Bu, Qərb mətbuatında bu təşkilatın zəifliyinin göstəricisi kimi qiymətləndirildi. Yəni analoji hadisə heç bir halda NATO kimi nəhəng hərbi siyasi təşkilatda baş verə bilməzdi. Əgər təşkilatın baş katibi vəzifəsini həyata keçirən şəxsi təmsil etdiyi ölkənin rəhbərliyi digər üzv dövlətlərdən soruşmadan həbsə atmaqla bağlı siyasi qərar qəbul edirsə, deməli, təşkilatda çox ciddi boşluqlar var və bu, təşkilatın həm də gücsüzlüyünün ifadəsidir. Paşinyanın bu addımı Moskvada çox sərt qarşılandı və KTMT-yə arxadan vurulan zərbə kimi qiymətləndirildi. Elə bu səbəbdən də noyabr ayının 8-də təşkilatın Astanada keçirilən sammitində təxminən 1,5 saat ərzində alyansın baş katibi vəzifəsinə yeni seçkilər həyata keçirilməli idi, amma danışıqlar 3 saatdan çox çəkdi və 3 variant üzərində dayanıldı: Birincisi, müvəqqəti olaraq təşkilatda müavin vəzifəsini icra edən rus generalının həmin vəzifəni icra etməsi, ikincisi, Belarus nümayəndəsinin bu vəzifəyə təyinatı, üçüncüsü isə növbəti erməni namizədin bu vəzifədə təmsil edilməsi. Elə həmin zamandan erməni mətbuatı yazmağa başladı ki, niyə 3 variatın içərisində sonuncu yerdə yenidən erməni generalının bu vəzifəyə gəlməsi durur?!

Astana sammiti çərçivəsində bu təşkilata ev sahibliyi edən Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev qeyd etdi ki, prosedur qaydalarını və ilk növbədə əlifba sırasını nəzərə alıb, Ermənistandan sonra bu vəzifəyə artıq Belarus generalının seçilməsi daha məqbul variantdır. Belarus tərəfi də buna öz razılığını ifadə etdi. Bu zaman Paşinyan sözün həqiqi mənasında tam çıxılmaz vəziyyətdə qaldı. Çünki o, bu vəzifədə öz namizədini əyləşdirmək istəyirdi. 2017-2020-ci illərdə məhz Ermənistan bu təşkilata rəhbərlik etmək imkanına malik idi, lakin atdığı yanlış addım onu belə çıxılmaz vəziyyətə saldı. Hər halda dekabrın 6-da KTMT-nin Sankt-Peterburqda keçirilən sammitində Belarus nümayəndəsinin bu vəzifəyə gətirilməsi 99% real görünür. Yeri gəlmişkən, Belarusun namizədi general Zas hərbi təhsilini Bakıda alıb.

Bunun ardınca da Ermənistan özü üçün növbəti, gözlənilməz və təhqiredici hesab etdiyi vəziyyətlə üz-üzə qaldı. Belə ki, Belarus Prezidenti Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul etdi. Onunla qapalı keçirilən görüş əsnasında Astana sammitində aparılan danışıqlar və onların mahiyyəti ilə bağlı çox geniş fikir mübadiləsi apardı. Bunu da bütün dünya mətbuatı yaydı. Eyni zamanda Ermənistan mətbuatı da bu hadisəni çox böyük aqressiya ilə qarşıladı. Bu isə Paşinyanın zəifləməkdə olan imicinə ciddi zərbə oldu və bunun ardınca o, boks dili ilə desək, “nokdaun vəziyyəti”nə düşdü. Bununla da növbəti səhv addımlarını atmağa başladı. Belə ki, təşkilat çərçivəsində Qazaxıstan və Belarus prezidentlərini ittiham etməyə başladı. Hətta onlardan izahat tələb etdi. Bu isə beynəlxalq praktikada gülüş obyektinə çevrildi. Hətta Belarus XİN-in mətbuat katibi qeyd etdi ki, Paşinyan küçə demokratiyasını beynəlxalq siyasətə gətirmək istəyir və özünü bir çox hallarda beynəlxalq prokuror kimi aparır, hökm vermək və bağışlamaq səlahiyyətini özündə hiss edir. Bu isə ümumiyyətlə, qəbulediməzdir. Deməli, reallıq onunla bağlıdır ki, Ermənistan tərəfi hər zaman münaqişə ilə bağlı məsələlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi KTMT-dən istifadə edirdi, amma məlum oldu ki, bu təşkilatda təmsil olunan 6 dövlətdən 5-i ilə Azərbaycanın çox yaxın və strateji tərəfdaşlıq əlaqələri var. Ermənistanı ən çox narahat edən də məhz odur ki, bu təşkilata üzv olan ölkələr həm də Azərbaycana silah satışını həyata keçirir. Bu baxımdan Rusiyanın və Belarusun adını çəkir. Bütün bu söylədiklərimiz bu qənaətə gəlməyə əsas verir ki, faktiki olaraq, Ermənistan rəhbərliyinin hər zaman istinad etdiyi bu təşkilatın mövqeyi son dərəcə zəifləyib. Hətta bu gün erməni mətbuatını izləsəniz, bu təşkilatdan, Avrasiya ittifaqından çıxmaq, Rusiyanın Ermənistanda yerləşdirilmiş hərbi bazalarını ölkədən çıxarmaqla bağlı xəbərlər gedir. Rusiyadan total narazılıq fonu yaratmaq istəyirlər.

Astana sammitində bir sıra mühüm qərarlar qəbul edildi. Bu qərarlardan biri də nizamnamədə olunan dəyişiklikdir. Bu dəyişiklikdən əvvəl təşkilatda konsensus prinsipi var idi. Yəni bir dövlət bir qərara yox desəydi, o qərar qəbul edilməyəcəkdi. Nizamnamədə olan bu qayda aradan qaldırıldı. Artıq qərarları qəbul edərkən səs çoxluğu əsas götürüləcək. Bir dövlətin yox deməsi artıq hər şeyi həll etmir. Bu, ilk növbədə Ermənistanı hədəf almış bir addımdır. Bunu Ermənistan da çox gözəl başa düşür.

Növbəti mühüm dəyişiklik KTMT çərçivəsində müşahidəçi və tərəfdaşlıqla bağlı hüquqi sənəddir. Artıq sənədin mürəkkəbi qurumamış Rusiya mətbuatı da, Qazaxıstan mətbuatı da belə bir mövqe ortaya qoydu ki, bu, daha çox Azərbaycanla bağlı təsis edilmiş qərardır, Azərbaycan müşahidəçi statusu ilə bu təşkilata daxil ola bilər. Əvvəlki vəziyyətdə Ermənistan yox desəydi, bu baş verməzdi, artıq nizamnamədə olan dəyişikliyə görə Ermənistan buna veto qoya bilməyəcək.

O ki qaldı Azərbaycanın bu təşkilata üzvlük məsələsinə, ən azı 2022-ci ilə qədər bu, mümkün deyil. O səbəbdən ki, biz 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüyük. Qoşulmama Hərəkatının üzvü olan dövlətin hər hansı hərbi bloka daxil olması və ya onun öz ölkəsində hansısa ölkənin hərbi bazalarını yerləşdirməsi qadağandır. Biz də gələn ildən Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik edəcəyik. Məsələyə bu məntiqlə yanaşdıqda, bizim hətta istəsək belə, KTMT-yə üzlüyümüz qeyri-real görünür. Sadəcə, orada müşahidəçi və ondan daha yüksək statusda olan tərəfdaş kimi iştirak edə bilərik. Bu da real səs hüququ yox, məşvərətçi statusda prosesləri izləyib, daha çox, proseslərin iştirakçısı olmaqdır. Orada real mövqe ifadə etməsək belə, müəyyən təsir imkanlarına malik oluruq.

- İran və Kerç böhranı, sanksiyalar, bölgəyə təzyiqlər fonunda Azərbaycanın hansısa blokda hətta müşahidəçi kimi tərəf tutması bizim üçün hansısa risk yarada bilərmi?

- Bizim üçün bu hər hansı risk yaratmır. Əvvəla onu qeyd edim ki, Azərbaycanın 2007-ci may ayının 23-də Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Həmin konsepsiyada bizim avroatlantik məkana inteqrasiyamızdan söhbət getsə də, üzvlük söhbəti burada öz əksini tapmır. Biz bu gün nə NATO-ya, nə də Avropa Birliyinə üzvlük məsələsini məqsəd kimi qoymuşuq. Məsələn, Norveçin AB ilə çox sıx əlaqələri var, amma Norveç AB-nin üzvü deyil. Biz də üzvlük məsələsini gündəmə gətirməmişik və eyni zamanda biz KTMT-yə də üzvlük hədəfini seçməmişik. Biz bu təşkilatda inteqrasiya, əməkdaşlıq, müşahidəçi və tərəfdaş qismində iştirak məsələsinə baxırıq. Bu da o məqsədə xidmət edir ki, biz istənilən tribunadan öz problemlərimizin həlli üçün istifadə edirik. Bu bizim üçün yeni təsir imkanı və rıçaqları yaradan bir haldır. Məsələyə bu cür yanaşmaq lazımdır.

O ki qaldı ABŞ və digər güc mərkəzlərinə... Əvvəla, Azərbaycan dövlətinin xarici siyasəti balanslıdır, çoxvektorludur və tarazlaşdırılmışdır. Bunu ulu öndər Heydər Əliyev müəyyən edib. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasəti çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir. Üstəlik, bu siyasətə bir hücum taktikası əlavə edilərək, çeviklik gətirilib. Ən başlıcası isə bu, müstəqil siyasətdir. Müstəqil siyasət isə o deməkdir ki, biz bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət, bir-birinin daxili siyasətinə qarışmamaq, qarşılıqlı şəkildə əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Bu prinsiplər çərçivəsində münasibətlərimizi tənzimləyirik. Bu baxımdan biz müxtəlif güc mərkəzlərinə bərabər məsafədə qalmağı bacarırıq. Bizim Rusiya ilə çox yaxın strateji tərəfdaşlıq münasibətlərimiz var. Vaşinqtonda çox gözəl dərk edirlər ki, bu münasibətlərin səviyyəsi ABŞ-ı hədəf almayıb. Bizim ABŞ-la da çox yaxşı əməkdaşlığımız var. Rusiya da görür ki, bu münasibətlər Rusiyanı hədəf almayıb. Eyni səbəbdən də ABŞ və Rusiya generallarının görüşü üçün məkan olaraq Bakı seçilir. Əgər Azərbaycan belə siyasət yeritməyib, güc mərkəzlərindən birinə üstünlük versəydi, bu görüş Bakıda baş tutmayacaqdı. Yəni bu bizim müstəqil siyasətimizin faktiki nəticəsidir. Nəticə etibarı ilə Azərbaycanın belə bir imici var ki, bizim bir dövlətlə münasibətimiz üçüncü dövləti hədəf almayıb. Bu bizim böyük üstünlüyümüzdür. Ona görə də bu gün AB-nin 28 dövlətindən 9-u ilə strateji tərəfdaşlıq münasibətlərinə sahibik, amma həmin AB Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bununla belə bizim münasibətlərimiz heç bir halda Rusiyanı qıcıqlandırmır, çünki bilir ki, bu bizim qarşılıqlı fəaliyyətimizə əsaslanan əməkdaşlıqdır və Rusiya əleyhinə yönəlməyib.

- Bəzən Qərbdəki siyasətçilərin bir qismi Şərqdə gedən prosesləri lazımı formada anlamır və ya anlamaq istəmir. Ola bilərmi ki, balanslı siyasətimizi indiki məqamda doğru anlamasınlar?

- İlham Əliyevin siyasətinin uğuru da ondadır ki, onun dediyi sözlər konkret əməli addımlarla müşayiət olunur. Məsələn, İlham Əliyev söyləyir ki, biz dünya miqyasında elə də böyük dövlət deyilik. Fikir verirsiniz, İlham Əliyev heç vaxt Azərbaycan kiçik dövlətdir ifadəsini işlətmir. Yəni biz dünya miqyasında elə də böyük dövlət olmasaq da, sözümüzün mənası və çəkisi böyükdür. Biz AB ilə strateji tərəfdaşlıq münasibətlərinə sadiq olduğumuzu və bunu inkişaf etdirməkdə maraqlı olduğumuzu deyərək, dəyəri 40 milyard dolları ötüb keçən Cənub Qaz Dəhlizi layihəsini həyata keçirdik. İlk baxışdan bu, Rusiyanın xoşuna gəlməyən addımdır, lakin biz Rusiyaya izah edirik ki, AB-nin ildə təxminən 500 milyard kub metr qaz ehtiyacı var. Onun təxminən 150 milyard kub metrini Rusiyadan alır. AB-ni qazla təchiz edənlər arasında Norveç, Qətər də var, amma biz yeni alternativ enerji mənbəyiyik. Bir çox hallarda belə ifadələr səslənir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə Rusiyanın strateji maraqlarına kölgə altına salır. Bizim siyasətimiz başqadır. Qeyd edirik ki, əgər Rusiya 150 milyard kub metr qazı Avropaya satırsa, biz 2020-ci ildən hətta TAP layihəsi də işə düşdükdən sonra ildə 16 milyard kub metr qaz satmağa başlayacağıq. Onun 6 milyard kub metrini Türkiyə alacaq qalan 10 milyard Avropaya gedəcək. Gəlin müqayisə edək. 150 milyard kub metr qaza 10 milyard hansı maneə yarada bilər?! Əgər biz Rusiyaya alternativ kimi 100 milyard kub metr qaz satmış olsaydıq, başqa məsələ olardı. Onda Rusiya deyə bilərdi ki, Azərbaycan mənə ciddi maneədir. Bu baxımdan rəqib deyilik. Rusiyada da bunu başa düşürlər ki, biz bu addımları öz milli maraqlarımızdan çıxış edərək atırıq. Rusiya niyə görə bizim bu hərəkətlərimzə mane olmur?! O səbəbdən ki, Rusiya görür ki, bizim qaz satdığımız Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalarına Bakı qoşulmur. Rusiya da görür ki, bizim iqtisadi maraqlarımız var. Siyasi və təhlükəsizlik baxımından Rusiya əleyhinə heç bir addım atmırıq. Ona görə də bu addımlar məntiqidir, bir-birini tamamlayır.

- Dünya nizamı dəyişir. Bu dəyişiklik bizim üçün də müəyyən risklər yaradır. Yəni dünya nizamının dəyişməyə başladığı bir vaxtda bizim yürütdüyümüz balanslı siyasət əbədi olaraqmı davam edəcək, yoxsa nə zamansa bundan imtina edə bilərik?

- Mən söylədim ki, Azərbaycan dövlətinin siyasəti çevikdir. Çeviklik o deməkdir ki, dəyişən situasiyaya adekvat olaraq reaksiya vermək qabiliyyətin olmalıdır. Bir şeyə ehkam kimi baxmaq olmaz. Heç bir şey eyni statik vəziyyətdə qala bilməz. Yəni bugünkü geosiyasi reallıqlar fonunda biz tam əminik ki, balanslı, çoxvektorlu, tarazlaşdırılmış siyasət bizə səmərə gətirir. Heydər Əliyevin müəyyən etdiyi bu siyasət bütün müstəqilliyimizin indiki ilinə qədər tamamilə effektlidir. 1993-cü ildən Azərbaycan bu siyasəti həyata keçirir və 25 ildir ki, bu, effekt verir. Amma biz öz strategiyamıza ehkam kimi yanaşmırıq. Məsələn, biz 2011-ci ilə qədər Qoşulmama Hərəkatının üzvü deyildik. Biz avroatlantik məkana inteqrasiya xəttini seçmişdik. Amma 2011-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv olduğumuzu bəyan etdi. O zaman siyasi opponentlərimiz başladı bizi tənqid etməyə ki, avroatlantik məkana inteqrasiya xəttini ulu öndər Heydər Əliyev də müəyyən etmişdi, bu siyasət onun bu xətti ilə ziddiyyət təşkil edir. Amma məlum oldu ki, atılan addım prezidentin siyasətinin çevikliyinin nəticəsidir. Fikir verin, biz 2011-ci ilin iyun ayında Qoşulmama Hərəkatına üzv olduq, oktyabrın 24-də isə BMT Təhlükəsizlik Şurasına seçkilər keçirildi. 4 ay qabaq cənab prezidentin bu addımı sonradan bizə böyük dividentlər gətirdi. Məlum oldu ki, BMT-dən sonra say tərkibinə görə ikinci ən böyük təşkilat Qoşulmama Hərəkatıdır. BMT-də 193, Qoşulmama Hərəkatında isə 120 ölkə var. Yəni cənab prezidentin BMT Təhlükəsizlik Şurasına seçkilərdən 4 ay qabaq bu addımı o demək idi ki, bizdə heç bir ölkənin hərbi bazası yerləşdirilə bilməz, heç bir hərbi bloka daxil olmuruq. 120 dövlət də belə düşünür və bu siyasəti həyata keçirir. Beləliklə, oktyabrın 24-də səsvermə zamanı prezidentin bir gedişi ilə əlavə 124 ölkənin səsini aldıq. Buna çevik siyasət deyilir. Bununla da opponentləri mat elan edirsən. Halbuki 4 ay bundan qabaq bu seçimi, bu addımı tənqid edirdilər. Məlum oldu ki, bir jest sənə 155 səs gətirir. Yəni məsələyə bu məntiqlə yanaşdıqda növbəti illər ərzində geosiyasi vəziyyət dəyişsə, hadisələr elə sürətlə gedər ki, biz bu siyasəti dəyişməli olarıq, amma indiki reallıqlar fonunda yürütdüyümüz siyasət tamamilə effektlidir.

İndiki fikrimin altından xətt çəkərək qeyd edirəm ki, dünyamız heç bir zaman indiki qədər, hətta Soyuq müharibə dövründə də, bu qədər təhlükəli olmayıb. Bilirsiniz niyə?! Çünki Soyuq müaribə dövründə iki blok bir-biri ilə müharibəyə başlamamaq üçün müqavilələr imzalayırdı: SSM1, SSM2, SSM3 və 1987-ci ildə Yaxın və uzaq mənzilli raketlərin ixtisarı ilə bağlı müqavilə və s. Bu gün isə bu müqavilələrin heç biri işləmir. Deməli, dünyamız, el dili ilə desək, Allah ümidinə qalıb. Yəni bunun sonunun necə olacağına heç kim cavabdehlik daşımır. Dünyamızın bu gün ən böyük problemi onunla bağlıdır ki, düyada güc və hüququn nisbəti gücün xeyrinə dəyişib. Bunların əvvəllər balansı var idi, bir yanda güc, bir yanda hüquq olanda işlər normal gedirdi. İndi isə “güclü olan haqlıdır” məntiqi işləyir. Məsələn, 1999-cu ildə ABŞ Yuqoslaviyanı 78 gün bombaladı. ABŞ-da təhsil almış bir şəxs Serbiyada hakimiyyətə gətirildi. Bu zaman BMT Təhlükəsizlik Şurasının qətnaməsi yox idi. Halbuki BMT Nizamnaməsinin 7-ci fəslində göstərilib ki, belə aksiyalar və hərbi əməliyyatlar məhz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə olmalıdır. Qətnamə yox idi, Rusiya veto qoysaydı, qətnamə keçməsəydi də, müzakirəsiz bombala əmri veriləcəkdi. Analoji vəziyyət olduğuna görə, Putin söylədi ki, ilk növbədə qaydaları, beynəlxalq hüququ siz pozursunuz. Xüsusilə, 2003-cü ilin mart ayının 19-dan 20-nə keçən gecə ABŞ və onun müttəfiqləri İraqı bombalamağa başladı. Bu zaman da qətnamə yox idi. Belə olan vəziyyətdə 5 il sonra - 2008-ci ilin avqust ayında Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, mən də Gürcüstanın bu addımlarına güc tətbiq etməklə cavab verəcəyəm. Çünki presedenti, nümunəni özünüz yaratmısınız. Kim güclüdür, o haqlıdır məntiqi işləyir. Bugünkü dünyamızda bu reallıqlar fonunda Azərbaycan dövlətinin balanslı, çevik, çoxvektorlu siyasətini ən düzgün siyasət hesab edirəm. Amma yenə də deyirəm, buna ehkam kimi baxmaq lazım deyil. Növbəti onilliklərdə geosiyasi vəziyyət dəyişsə, yeni reallıqlar ortaya çıxsa, bizim çevik siyasətimiz var və biz istənilən anda manevr etmək imkanlarımızı qoruyub saxlayırıq.

- KTMT məsələsinə yenə qayıtmaq istəyirik. Təsəvvür edək ki, Azərbaycan KTMT ilə əməkdaşlığını genişləndirdi. Burada müşahidəçi və ya tərəfdaş ölkə kimi təmsil olundu. Buradakı statusumuz Moskvada bizi sevməyən bəzi dairələrə təzyiq üçün yeni imkan yaradacaqmı?

- Bilirsiniz, Moskva ümumi ifadədir. Bu nöqteyi-nəzərdən mən məsələyə peşəkar siyasətçi kimi yanaşıram. Buna görə də mən ümumi olaraq “Moskva” sözündən istifadə etməzdim. Rusiya hakimiyyətində müəyyən siyasi-hərbi dairələr Azərbaycana qarşı bəzən təzyiq dili ilə danışır. Bütöv halda “Rusiya danışır” ifadəsi doğru deyil. Çünki nəzərə alsaq ki, dövlətlər səviyyəsində münasibətlər yüksəkdir. Nəzərə alın ki, Putinin Azərbaycana səfərindən sonra onun Ermənistana səfəri gözlənilirdi, ancaq bu səfər baş tutmadı. Bu gün isə söhbət var ki, Rusiya Ermənistana satacağı qazın qiymətini qaldıracaq. Bu gün Ermənistan-Rusiya münasibətləri çox qəliz, çox gərgindir. Bizim KTMT-də müşahidəçilik statusumuz Rusiyadakı antiazərbaycan mövqeyindən çıxış edən hərbi-siyasi dairələrin bizə təzyiq imkanlarını məhdudlaşdıran amildir - buna “ləğv edən amil” deməzdim. Bu, Azərbaycanın Rusiyadakı siyasi mövqelərinin güclənməsini şərtləndirən amil ola bilər. Həm də biz KTMT-də ən yaxşı halda müşahidəçi kimi çıxış edəcəyik. Bu bir siqnal olacaq. Belə ki, biz 2021-ci ilə qədər olan sınaq müddətində Rusiyanın addımlarını müşahidə edə biləcəyik. Əgər doğrudan da bu 3 il ərzində Moskva Azərbaycana münasibətlərində tam loyal siyasət, bizim beynəlxalq hüquqa söykənən mövqelərimizin müdafiəsi ilə bağlı sözlər deyil, konkret əməli addımlar atsa, bu, Azərbaycanın gələcəkdə KTMT-yə daxil olması ilə bağlı məsələsini aktuallaşdıra bilər. Həmin 3 il ərzində bunun şahidi olmasaq, bəyanatlardan uzağa gedən əməli addımlar atılmasa, bu halda biz müşahidəçi statusumuzla kifayətlənməli olacağıq.

- Bu bəyanatlardan uzağa getməyi biz Qarabağ məsələsində irəliləyiş kimi anlaya bilərikmi?

- Əvvəla onu qeyd edim ki, istənilən təşkilatın nüfuzunu şərtləndirən çox mühüm amillər var. Onlardan ən başlıcası odur ki, heç bir hərbi blok çərçivəsində dövlətlərdən biri digəri ilə müharibə vəziyyətində ola bilməz. Məsələn, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, eləcə də Yunanıstan. Əgər Türkiyə ilə Yunanıstan hər ikisi NATO ölkəsi olmasaydı, mənə elə gəlir ki, Kipr problemi ilə bağlı onların çoxdan müharibəsi olardı. Amma hər iki dövlətin NATO dövləti olması müharibənin qarşısını alan amilə çevrilir. Hətta onlar istəsə də, istəməsə də NATO nizamnaməsinin 5-ci maddəsinə görə, tərəflərdən biri təcavüzə məruz qalacağı təqdirdə digərinin müdafiəsinə qalxmalıdır. Yəni Yunanıstan Türkiyəni hətta sevməsə də, sabah Türkiyə hər hansı 3-cü dövlətlə müharibə vəziyyətində olsa, Yunanıstan Türkiyənin yanında yer almalıdır. Eyni məntiqlə bu, həm də NATO-nun gücüdür. NATO buna görə güclüdür.

KTMT haqqında da bunu söyləmək olar. Əgər bu təşkilat çərçivəsində müşahidəçi statusuna malik olan ölkə üzv ölkənin təcavüzünə məruz qalıbsa və bu davam edirsə, bu, təşkilatın nüfuzuna zərbədir. Bu təşkilatın gücü yox, gücsüzlüyünün göstəricisidir. Biz həm də buna nail olmaq istəyirik. Hesab edirəm ki, Azərbaycan bu təşkilatın üzvü olacağı təqdirdə belə təcavüzə son qoyulmasa, bu həm də təşkilatın varlığı ilə yoxluğunun heç bir fərqi olmamasının təsdiqidir. Təbii ki, belə bir təşkilatda qalmağı Azərbaycan heç istəməz. Əgər biz o təşkilatda varıqsa, digər üzv olan ölkə bizim torpağımızı necə işğalda saxlaya bilər?! Belə hərbi təşkilatmı olar?! Ona görə də hesab edirəm ki, hər şey təşkilatın üzvlərinin davranışından və bu münaqişənin həlli ilə bağlı real, konkret addımlarından asılıdır.

- Bəs, Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə başlasa, bu alyansı necə neytrallaşdıracaq?

Ardı var... (axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam