Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... -vətəndaş ÇARƏSİZ DURUMDA

Sabirabad rayon Şəhriyar kənd sakini Faiq Abdullayev deyir ki, ona məxsus torpaq sahəsi qanunsuz olaraq, Sabrabad rayonunun torpaq şöbəsinin müdiri Vəli Əliyev tərəfindən qeyri-qanuni olaraq icarəyə verilib.
Yenixeber.org: Məlumata görə, şikayətçi açıqlamasında deyir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Abdullayevin iddiasına görə, bu qanunsuz əməlin arxasında İcra hakimiyyətinin 1-ci müavini Həsən Həsənov durduğu üçün onun şikayətinə baxan yoxdur.
Ona məxsus obyektə getdiyində Həsən Həsənov və Vəli Əliyev onu ölümlə hədələyir. O, bununla bağlı dəfələrlə Sabrabad rayonunun icra başçısının qəbuluna düşmək istəsə də, Həsənov buna mane olub.
Şikayətçi deyir ki, 5 nəfərdən ibarət ailə üzvü var, maddi durumu çox zərifdir. Qanunsuz olaraq torpağı əlindən alındığı üçün təsərrüfatla da məşğul ola bilmir.
O, aidiyyatı qurumlara müraciət edərək ona məxsus olan torpağın qaytarılması üçün kömək etmələrini xahiş edir.(Dia-az)
Məsələ diqqətimizdədir...



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam