Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var.
Yenixeber.org: Məlumata görə, hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir.
“Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. “Muğanbank” ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:
Elmir Mehdiyev – 67,74%
Maqbet Mehdiyev – 11,58%
Vəfa Vəliyeva – 10,65%
Fəridə Mehdiyeva – 10,03%.
Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.
2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:
Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.
Professor Munir Vəliyev - Rektorluq - Odlar Yurdu Universiteti
Samir və Munir Vəliyevlər Əhməd Vəliyevin övladalrıdır.
media-ahmaddd
Göründüyü kimi 2022-ci ildən sonra bank demək olar ki, tam şəkildə Əhməd Vəliyevin nəzarətinə keçib.
media-samirr
 Vəliyev Samir  milli Məclisin deputatıdır.
2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. “Muğanbank” ASC hazırda ləğv prosesindədir.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam