Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Sülhə yaxınlaşma və:yenə də erməni hiyləsi  

Deputat: “İrəvan digər öhdəlikləri yerinə yetirməkdən yayınmağa cəhd edir”

Yenixeber.org: Martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunub.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Qeyd edək ki, XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev də sülh barədə danışıb və bildirib ki, gələcəyə nəzər salmaq lazımdır: “Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıb”.

Ermənistanın silahlanmasından danışan Prezident deyib ki, “bu, müharibəyə hazırlıqdır”. Ölkə başçısı Ermənistanın etibarı itirdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Ermənistan XİN də martın 13-də oxşar bəyanat səsləndirib. Rəsmi İrəvan bəyan edib ki, sülh sazişi imzalanmağa hazırdır: "Ermənistan Respublikası sazişin imzalanması tarixləri və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır".

Mövzu ilə bağlı bizə danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın niyyəti qısa zamanda prosesi başa çatdırmaqdır:

- Bununla həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq aləmə özlərini sülhpərvər kimi göstərməyə çalışırlar. Bununla yanaşı, İrəvan digər öhdəlikləri yerinə yetirməkdən yayınmağa cəhd edir. Əslində sülhün təməlində təminat dayanmalıdır. Cənab Prezident İlham Əliyev isə qeyd etdi ki, Ermənistana etimad göstərmək üçün heç bir əsas yoxdur.

Bilirsiniz, etimadı formalaşdıran aspektlər var. Birinci növbədə, tarixin qaranlıq səhifələrini qapatmaq lazımdır. O səhifələr ki, gələcəkdə gələcəkdə Ermənistanla Azərbaycan arasındakı sülhə mane olacaq, yenidən münaqişənin alovlanmasına zəmin yaradacaq. Bu zəminin yaranmaması üçün Ermənistan əməli addımlar atmır.

- Etimadın yaranması üçün Ermənistan hansı addımlar atmalıdır?

-Birincisi, ötən zaman kəsiyinddə Azərbaycan ərazilərində Azərbaycan vətəndaşlarına qarşı törədilən bütün cinayətlərə görə məsul olan şəxslər Azərbaycan tərəfinə təhvil verilməlidir. Həmin şəxslərin ədalət məhkəməsi qarşısında dayanması təmin olunmalıdır. Tarixə yalnız ədalətli mühakimə ilə qiymət vermək mümkündür. Bu, artıq müəyyən zaman kəsimində qaranlıq səhifələrin bağlanmasına zəmin yaradacaq.

Digər tərəfdən, Ermənistan tərəfindən atılan digər addımlar, həmçinin erməni rəsmilərinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ziddiyyətli bəyanatlar bu ölkəyə etimadı sarsıdır. Ermənistan əvvəlcə müstəqil xarici siyasət kursu həyata keçirdiyini təsdiqləməli və bunu praktik olaraq ortaya qoymalıdır. Gah o qütbün, gah da bu qütbün qucağına atılaraq manipulyasiyaya yol verməklə regiondakı maraqlı qüvvələrin alətinə çevrilməməlidir. Yenə də xaricdə olan ağaları Ermənistana göstərişlər verir, sülh müqaviləsinin tezliklə imzalanmasına “hə” deməyi tələb edirlər. Azərbaycanın tələbləri tam şəkildə yerinə yetirilmədən sülh sənədinin imzalanmasını İrəvandan havadarları istəyirlər. Ermənistan rəsmiləri yenə də yayındırıcı fikirlər səsləndirməkdədirlər. Xüsusilə də, Ermənistan Konstitusiyası ilə bağlı məsələdə İrəvan manipulyasiya ilə məşğuldur. Paşinyan sülh sazişində Ermənistan Konstitusiyasına toxunulmamasının vacibliyindən danışır. Göründüyü kimi, yenə də situasiyadan fərqli formada istifadəyə cəhd göstərirlər. Amma Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddiasına son qoyulmalıdır. Əslində bir ölkənin digər ölkəyə qarşı ərazi iddiasının rəsmi şəkildə davam etməsi halında imzalanan saziş etibarlı ola bilməz.

- Hər iki ölkənin XİN-i bəyan etdi ki, sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Demək olarmı ki, sülhə yaxınlaşmışıq?

- Saziş mətni üzrə danışıqların yekunlaşması sülh sazişinin imzalanması demək deyil. Yenə deyirəm, Azərbaycanın haqlı, beynəlxalq hüquqa uyğun tələbləri var ki, o tələblər Ermənistan tərəfindən yerinə yetirilməlidir. Görünən odur ki, hələlik Ermənistan bu tələbləri yerinə yetirmək niyyətində deyil. Konstitusiya dəyişikliyi edilmədən Azərbaycanın sülh sazişinə imza atmayacağı aydındır. Bəli, saziş layihəsi mətni üzrə danışıqlar yekunlaşıb. Həmin danışıqlarda Azərbaycan tələblərini qəti şəkildə irəli sürüb. Əgər Ermənistan regionda sülhdə maraqlıdırsa, o zaman tələblərin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmalıdır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam