Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR:"Dedi ki, istəyirsən get Prezidentə şikayət et, sənə iş verməyəcəm”

Samux rayonu, Sərkar kənd sakini Bağırova Aytən Çingiz qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Saytımız vasitəsilə Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Nazir!
Mən, Bağırova Aytən Çingiz qızı, öncə qeyd edim ki, keçən ilin iyul ayında Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanıma işlə bağlı müraciət etmişdim. O, sənədlərimi təqdim etməyimi istədi. Sənədlərimi verən zaman isə bildirdilər ki, iş olan kimi sizə xəbər verəcəyik.

Bir müddət sonra, yəni sentyabr ayında Samux rayonu, Ziyadlı kəndində dayə işi olduğunu öyrəndim. Gedib maraqlandım, niyə çağırılmadığımı öyrənməyə çalışdım. Mənim bu sorğu-sualım müdirin xoşuna gəlmədi. Mənə bildirdilər ki, həmin işi şəhidin qardaşının yoldaşına vermişik.

Bu zaman mən də dedim ki, "şəhidin qızı deyil, yoldaşı deyil, qardaşının yoldaşına iş vermək məcbur idi?" Əlavə etdim ki, mən də şəhid qızıyam. Onlardan daha çətin vəziyyətdə olan insanlar var.

Nurlana xanım isə “yaxşı edib işi ona vermişəm, ürəyim kimə istəyir, ona da verəcəm", - dedi.

Keçən ilin oktyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevun qəbulunda oldum. Anar müəllim dərhal Nurlana xanımla danışdı, bildirdi ki, "baxçada iş olan kimi şəhid qızını işlə təmin edin".

Noyabr ayında yenidən iş oldu. Amma bu dəfə də Nurlana xanım qərəzli şəkildə məni yox, digər vətəndaşı işlə təmin etdi. Yenidən Nurlana xanımın qəbuluna getdim. Bu dəfə də bildirdi ki, “əcəb edib götürmüşəm, kimi istəyirəm, onu da götürəcəm, hara istəyirsən, kimə istəyirsən get şikayət et. Dedi ki, hətta istəyirsən Prezidentə şikayət et”.

Mən şəhid qızıyam və təcili iş axtarıram. Lakin Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım mənə qarşı qərəzli yanaşaraq, işlə təmin olunmağıma imkan vermir.

Cənab Nazir!

Mən, Sizdən şəhid qızı kimi xahiş edirəm, bu müraciətimi cavabsız qoymayın, işlə təmin olunmağıma dəstək göstərin”.

Jalə FAMİLQIZI, (Hurriyyet.az)

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam