Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Saakaşvili azərbaycanlılara səsləndi:Heç nədən qorxmayın!

Saakaşvili:

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

Yenixeber.org: O, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib.

“Mənim əziz həmvətənlərim!

Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var.

Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın.

Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, - Saakaşvili bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam