Ermənistan və Türkiyə nümayəndələri tezliklə görüşəcək
Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası üçün lazımi şərtləri qiymətləndirmək üçün tezliklə görüşəcəklər.
Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistanın İrəvan-Ankara danışıqları məsələsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan məlumat verib. O, görüşün tarixinin hələ dəqiq olmadığını qeyd edib.