Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

MSK-dan Nəsiman Yaqublunun bülletenlərdə adı ilə bağlı qərar

 

Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərar verib.

Yenixeber.org xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.

Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir.

Komissiya üzvlərinin rəyindən sonra qeyd edilib ki, dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, məlumat lövhəsində N. Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşərək həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam