Britaniya gəmisinə hücum edildi
Ənsarullah hərəkatı Yəmənin Moh limanı sahillərində Britaniya gəmisinə hücum edib.
Yenixeber.org: Bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Departamentinin X sosial şəbəkə hesabında bildirilib.
Məlumata görə, raket gəminin yaxınlığında partlayıb, ekipaj xəsarət almayıb.
Digər gəmilərin də bu ərazidən xüsusi ehtiyatla keçməsi tövsiyə edilib.