Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İlk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirildi- FOTOLAR

 

Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib.

Yenixeber.org xəbər verir ki, akademik avarçəkmə növündə təşkil edilən Federasiya birinciliyində 30 nəfərdən çox idmançı mübarizə aparıb.

Kişilər arasında Bəhmən Nəsiri ən yaxşı nəticəni göstərib. O, 2000 metr şərti məsafəni 5.49.9 dəqiqəyə başa vurmaqla həm də dünya konsept yarışlarında ən yaxşılar sırasında yer alıb. Belə ki, sonuncu dünya çempionatının nəticələri ilə müqayisədə Nəsirinin nəticəsi 4-cü olub.

Murad Sadıxov ikinci, Ziya Məmmədzadə üçüncü yeri tutub.

1000 metr məsafədə 2007-2010-cu il təvəllüdlü oğlanlar arasında Məhəmməd Həsənov birinci, Sabit Abdullayev ikinci, Ümid Abbaszadə 3-cü olub.

500 metr məsafədə 2010-2013-cü il təvəllüdlü oğlanların mübarizəsində Ruslan Fərəcov bütün rəqiblərini üstələyib. Şamil Şəfizadə ikinci, Yusif Əliyev üçüncü pillədə qərarlaşıb.

2007-2010-cu il təvəllüdlü qızlar arasında 500 metr məsafəyə yarışda Valeriya Vaskovska fəxri kürsünün ilk pilləsinə qalxıb. Sara Mirzəyeva ikinci, Fatimə Məhərrəmli üçüncü olub.

Qaliblər AKAF tərəfindən diplomla mükafatlandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam