Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rəqibi transgender olduğu üçün döyüşdən imtina etdi -Olimpiadada qalmaqal

 

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib.

Yenixeber.org xəbər verir ki, qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşməkdən imtina edib.

İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olmasıdır. Karini rəqibinin cinsini dəyişməsini əsas gətirərək onun güclü olduğunu bildirib. Bu səbəbdən də rinqdən çıxaraq yarışmaqdan imtina edib.

Daha sonra italiyalı idmançı açıqlama verərək bunları deyib: “Rinqə döyüşmək üçün çıxdım. Təslim olmaq niyyətim yox idi. Amma rəqibin bir yumruğu məni çox incitdi. Bu səbəbdən də rinqdən çıxdım”.

İtaliyanın idman naziri Andrea Abodi də Olimpiya Oyunlarının təşkilatçılarından narazılığını bildirib: “Olimpiya Oyunları ədalətli deyil. Hormonal tənzimləmələr düzgün deyil”.

Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adamsın isə hər şeyin qaydalara uyğun olduğunu deyib: “Qadın kateqoriyasında yarışan hər kəsin pasportunda cinsi qadın yazılıb. Burada meyarlara uymayan nəsə yoxdur”.

Qeyd edək ki, Anjela Karini rinqdən çıxdığı üçün hakimlər İmane Xelifə texniki qələbə veriblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam