Rusiyanın keçmiş müdafiə nazirinin müavini Dmitri Bulqakov saxlanılıb.
Yenixeber.org: Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh idi. 2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.