“EuroAirport” terminalı boşaldılıb, uçuşlar dayandırılıb
Fransa və İsveçrə sərhədi yaxınlığında yerləşən “EuroAirport” (Bazel-Myuluz-Frayburq) terminalı təhlükəsizlik səbəbi ilə boşaldılaraq bağlanıb.
Yenixeber.org xəbər verir ki, bu barədə xarici KİV-lər hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, uçuşlar müvəqqəti dayandırılıb. Digər təfərrüatlar verilmir.