Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzuli Beynəlxalq Hava Limanının inşası -Füzuli Beynəlxalq Hava Limanının inşası bölgə üçün nə vəd edir?

Füzuli Beynəlxalq Hava Limanının inşası bölgə üçün nə vəd edir?

Azərbaycan Prezidenti Qarabağın işğaldan azad olunmasından sonra Füzuli-Şuşa magistral yolu layihəsinin ardınca Füzuli rayonunda beynəlxalq hava limanın tikilməsi barədə göstəriş verdi. Artıq inşasına başlanılan hava limanının tikintisi ilə bağlı əsas işlərin bu il ərzində yekunlaşdırılması planlaşdırılır.

Yenixeber.org: Turizm eksperti Rəhman Quliyev açıqlamasında bildirib ki, yeni aeroportun inşası turistlərin bölgəyə gəlməsini daha əlçatan edəcək:

Yaxşı olardı ki, nəzərdə tutulan işləri kompleks və paralel şəkildə aparaq

Rəhman Quliyev

Turizm eksperti

“Füzuli rayonunda hava limanının tikilməsi müsbət mənada məqsədli xarakter daşıyır. Hava limanının Füzulidə tikilməsi Qarabağın digər rayonlarına da səfər etməyi turistlər üçün daha əlçatan edəcək. Bu vaxta qədər Azərbaycana müxtəlif bazarlardan turist axını olurdu. Hava limanı tikiləndən sonra həmin ərazilərdən birbaşa reyslərlə turistlər asanlıqla Qarabağa da gələ biləcəklər. Biz bu bölgədə infrastrukturu daha sürətlə yaratmalıyıq ki, böyük köçə nail ola bilək. Görüləcək bütün işlər vəhdət təşkil edir. Qarabağı turizm mərkəzinə çevirməyi düşünürüksə, ilk növbədə ora insanların böyük köç etməsinə nail olmalıyıq. Çünki gələn turist birinci olaraq bölgənin təhlükəsizliyinin təminatını tələb edəcək. Bunun üçün isə turistlər bölgədə yaşayışın olub-olmadığına diqqət edəcəklər. Əgər bölgədə yaşayış varsa, deməli burada ictimai asayiş qorunur və təhlükəsizlik təmin edilir. Bu komponentləri təşkil edəndən sonra bölgəyə həm turist cəlb edə, həm də gələcəkdə aeroportu daha da genişləndirə biləcəyik. Gələcəkdə turistləri daşımaq üçün bir helikopter aeroportu yaratmaq zərurəti də ortaya çıxa bilər. Yaxşı olardı ki, biz ilk növbədə nəzərdə tutulan işləri kompleks və paralel şəkildə aparaq”.

Milli Məclisin deputatı Vüqar Bayramlı da Füzuli Beynəlxalq hava limanının xarici turislərin cəlb edilməsində əhəmiyyətli rol oynayacığını deyib:

Hava limanının tikilməsi işğaldan azad edilən ərazilərdə turist sayına müsbət təsir edəcək

Vüqar Bayramov

Milli Məclisin deputatı

“Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.

V.Bayramov qeyd edib ki, yeni hava limanı yükdaşıma və xarici investisiyaların ölkəyə axını baxımından da səmərəli olacaq:

“Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir.

Füzuli rayonunda formalaşdırılacaq infrastruktur Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək. Bu dəhliz isə “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli rayonundakı hava limanın əhəmiyyətini daha da artıracaq.

Hava limanının inşası eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımdan da vacib hesab olunur və nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsini müşahidə edəcəyik”.

Qeyd edək ki, tikintisi davam edən Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Aeroportun ərazisində avtomobil dayanacağı da tikilir. Perron sahəsi 60 min kvadrat metr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadrat metr, aeroporta giriş yolu 5 000 kvadrat metr təşkil edəcək. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq olacaq. Hava limanındakı bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam