Rusiyada metallurgiya kombinatı PUA-larla vuruldu
Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk metallurgiya kombinatına PUA hücumu edilib.
Yenixeber.org: Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, gecə saatlarında başlayan hücum bir saat davam edib. Bu müddət ərzində kombinatın ərazisinə 7 PUA düşüb.
PUA-lardan biri kombinatın oksigen ayrılması bölməsinə düşüb. Daha 4 dron oksigen stansiyasının yerləşdiyi binaya hücum edib.
Kombinatın qarajı da zədələnib.
Xəsarət alanların olmağı bildirilib.