Redaktor seçimi
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
Günün xəbəri

Bu rayonlarda leysan yağıb, şimşək çaxıb -SİYAHI

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

               İyunun 30-u saat 09:00-a olan faktiki hava açıqlanıb.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Gədəbəydə 13 mm, Naxçıvan, Daşkəsən, Lerik, Göygöl, Şahbuz, Qax, Şəmkir, Gəncə, Yardımlı, Şəki, Balakəndə 4 mm-dək olub.

Sinoptiklərin iyunun 29-na verdiyi narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti Naftalanda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Göytəpədə 18 m/s olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

İyulun 01-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şumşək çaxacağı, dolu düşəçəyi ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam

Ən çox oxunanlar