Redaktor seçimi
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
Günün xəbəri

Rəqəmsal dələduzlar arasındakı əsas trendlər AÇIQLANDI

 

Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər.

Yenixeber.org xəbər verir ki, məlumata görə, bu ilin ikinci rübündə istifadəçilər daha çox arzuolunmaz reklam tətbiqləri, reklam istiqamətli troyan (trojan) tətbiqlər və digər troyan tətbiqlər daxilində olmuş zərərli proqram təminatları ilə qarşılaşıblar. Dr.Web mütəxəssisləri 2024-cü ilin ikinci rübündə rəqəmsal dələduzlar arasında 3 trendi xüsusi olaraq ayırıblar.

- Reklam istiqamətli proqram təminatları ilə troyan tətbiqlərinin yüksək aktivlikləri
- Elektron poçt trafikində çoxlu sayda zərərli skriptlər ilə bütün növ fişinq (phishing) sənədlərinin mövcudluğu
- Android.HiddenAds sinifinə daxil olan reklam istiqamətli troyan tətbiqlərin daha çox halda istifadə edilmələri.
     Bununla yanaşı məlumatda qeyd edilib ki, mütəxəssislər Google Play platformasında Android.FakeApp sinifinə daxil olan virusları aşkar ediblər. Onlardan bəziləri maliyyə tətbiqləri ilə sorğu və viktorinalar üçün nəzərdə tutulmuş servislər şəklində yayılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam

Ən çox oxunanlar