Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Nazir müavini Eldar Nuriyevin dövlət vəzifələrində yüksələn övladları -SİYAHI

Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının müxtəlif vəzifələrə gətirilməsi və işlədiyi sahədə sürətlə irəliləməsi ənənə halına çevrilib. Adətən, bu şəxslərin kimliyinə dair detallar qapalı saxlanılır.

Yenixeber.org: Yeni vəzifəyə gələn şəxslərin profilinin ictimaiyyətə açıqlanmayan tərəflərini təqdim edirik.

Bu dəfə söhbət Nuriyevlər ailəsindən gedir.

İyunun 27-də Cavanşir Nuriyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrilə Dövlət Vergi Xidmətinin aparat rəhbəri təyin edilib.

O, bu təyinata qədər Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşairi olub.

Cavanşir Nuriyev buna qədər isə həmin qurumda müxtəlif vəzifələrdə çalışıb və qısa müddətdə aparat rəhbəri vəzifəsinə yüksəlib.

O, əvvəlcə qurumun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini vəzifələrində çalışıb.

Bəs qısa müddətdə bu qədər irəliləyən Cavanşir Nuriyev kimdir?

Rəsmi dövlət sənədlərindən aydın olur ki, 41 yaşlı aparat rəhbəri Cavanşir Nuriyev Eldar Qasım oğlu Nuriyevin oğludur.

2000-ci ildə baş prokurorun müavini, 2006-cı ildə isə Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsinin müdiri təyin olunan Eldar Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini vəzifəsində çalışır.

Cavanşir Nuriyevin yüksək dövlət vəzifələrində irəliləməsində atasının rolunun olub-olmaması mübahisələndirilə bilər, amma bu ailənin digər üzvlərinin də vəzifə pillələrində yüksəlməsi müxtəlif suallar yaradır. Belə ki, Eldar Nuriyevin digər övladları Orxan və Nigar da dövlət orqanlarında yüksək mövqe tutur.

40 yaşlı Orxan Nuriyev hazırda Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır. O, buna qədər prokurorluq orqanlarında bir çox vəzifələri yerinə yetirib.

Dövlət Təhlükəsizlik Xidmətində (DTX) İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Eldar Nuriyevin digər övladı, 35 yaşlı Nigar Nuriyeva isə Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri vəzifəsində çalışır.(“Abzas Media”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam