Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Yanğın təhlükəsi olan yeməkxana bağlandı - Video-VİDEO

 

Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasının fəaliyyəti dayandırılıb. 

Yenixeber.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Belə ki, sözügedən yeməkxanada yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

- obyektin elektrik ötürücü xətləri və xarici (çöl) elektrik naqilləri yanar dam örtüyünün üzəri ilə və ərazidə olan ağaclara dolamaqla çəkilib;

- obyektə aid olan tikililərin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektlə meşə massivi, meşə yolları və digər ərazilər arasında şumlama aparılaraq yanğına qarşı minerallaşdırılmış zolaqlar yaradılmayıb və ərazi qurumuş kol-kosdan, taxta qırıntılarından təmizlənməyib;

- meşədən və ya meşə zolağından keçən obyektdaxili avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə quru kol-kosdan, yanar materiallardan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilib. Nəticədə “Abdulla” yeməkxanasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam