Redaktor seçimi
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Günün xəbəri

"Sabir bəyin bu parlamentdə olması həm də, müstəqillik tariximiz üçün mənəvi məsələdir" -"Partiyamızın lideri həm də namizədlər siyahısının lideridir"

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.

Yenixeber.org: Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi zərurətdən irəli gəlib və parlmentin buraxılma forması da Konstitusiyada nəzərdə tutulan prinsiplərə uyğun şəkildə həyata keçirilir: "Onsuz da seçkilər Konstitusiyaya uyğun olaraq 3 noyabrda keçirilməlidir. Həmən ərəfədə də bizim istəyimizidən asılı olmayaraq, ümumi beynəlxalq razılaşma əsasında COP29 tədbiri baş tutacaq. COP29 olduqca ciddi beynəlxalq tədbir olduğuna görə, həmin vaxt parlament seçkilərinin keçirilməsi mümkün deyil. Prinsipcə seçki gözlənilən vaxtdan iki ay önə çəkilir və bu problem deyil".

S.Əsədli seçkilərdə iştirakla bağlı məsələsinin partiyada müzakirə olunacağını və müvafiq qərar qəbul olunacağını deyib: "Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan siyasi sistemində ən böyük seçki təcrübəsi olan iki partiyadan biridir. Biz indiyə kimi bütün parlament seçkilərində iştirak etmişik. Eyni zamanda partiyanın seçki baxımdan təşkilati və kadr resursları genişdir. 70-ə yaxın rayon təşkilatlarımız mövcuddur. Həm məntəqə seçki dairələrində, həm də MSK-da təmsil olunan partiyayıq. Bu baxımdan növbədənkənar parlament seçkilərində iştirakımız gözlənilir".

VHP funksioneri seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu və uğurlu nəticəyə ümid edildiyini bildirib: "Növbədənkənar seçkilər əvvəlcədən gözlənilirdi və bu səbəbdən seçkiyə ilkin hazırlığımız demək olar ki, tamamlanıb. Məntəqələr üzrə müşahidəçilərimiz və namizədlərin ilkin siyahısı hazırdır. 40-dan çox dairədə namizədimizin qeydə alınmasını planlaşdırmışıq və imkanlarımızı səfərbər edəcəyik ki, budəfəki parlamentdə üç deyil, daha çox nümayəndə ilə təmsil olunaq."

Özünün də seçkiyə qatılaraq mandat qazanacağına əminliyini bildirən Samir bəy partiya sədrinin seçkiyə qatılması ilə bağlı rəsmi açıqlamanın olacağını dedi: "Namizədlərin tam siyahısı Siyasi Şurada təsdiq olunacaq. Əlbəttə ki, partiyamızın lideri həm də namizədlər siyahısının lideridir. Biz Sabir bəyin seçkiyə qatılmasının tərəfdarıyıq. Qərarı özü və Siyasi Şura verəcək. Amma müstəqillik tariximizdə bütöv ərazidə keçirilən ilk parlament seçkilərində millət vəkili adını qazanmağa ən çox haqqı olan elə Sabir Rüstəmxanlıdır. Buna görə sədrimizin növbəti parlamentdə təmsil olunması tək partiyamız yox həm də müstəqillik tariximiz üçün mənəvi məsələdir"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam