Ukraynanın itkilərinin siyahısı YENİLƏNDİ
Rusiya müharibənin 857-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 616 təyyarəsi, 276 helikopteri, 26 896 PUA-sı, 535 zenit-raket kompleksi, 16 453 tank və digər zirehli texnikası, 1 359 reaktiv yaylım atəş sistemi, 11 060 artilleriya və minaatanı, 23 076 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.