Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BAQRATIN BİR ATIMLIQ BARITI... - Erməni kilsəsinin və revanşistlərin növbəti çevriliş cəhdi fiaskoya uğrayır

 Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiyası prosesi üzərindən erməniləri növbəti dəfə Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırmağa çalışan erməni kilsəsi və onun arxasında duran rusiyapərəst müxalif qüvvələrin budəfəki cəhdi də uğursuzluğa düçar olmaqdadır.

Yenixeber.org: Hələ mayın əvəlində Tavuş yeparxiyasının təxribatçı çağırışları ilə tanınan arxiyepiskopu Baqrat Qalstanyanın sabiq prezident Robert Koçaryanın məsləhəti və II Qareginin xeyir-duası ilə başlatdığı İrəvana doğru yürüşə gözləniləndən qat-qat az adam qoşuldu. Lakin mayın 9-da İrəvanda keçirilən aksiyada hakimiyyətin dediyinə görə 15 min, müxalifətin iddiasına görə isə 25-30 min adam toplaşdı ki, bu da son zamanlar baş tutan etirazların içərisində ən kütləvisi sayılır. 

Ancaq həmin aksiyadan sonra prosesin səngiməsi, meydanlara olduqca az sayda adamın toplaşması təşkilatçıları aksiyaları dayandırmağa vadar etdi. Belə məlum oldu ki, keşiş Baqratın və onun Ermənistandakı dəstəkçilərinin – revanşistlərin və kilsənin cəmi “bir atımlıq barıtı” var imiş...

Bu etirazların uğursuzluğunu şərtləndirən bir neçə səbəb oldu. Baqrat və onun “zəhər verənləri” erməni cəmiyyətinə yeni heç nə təklif edə bilmədilər. Yalnız Paşinyanın devrilməsinə çalışan bu qüvvələrin əsas hədəfi hakimiyyətə gəlməkdir. Azərbaycanla sərhədin müəyyənləşdirilməsi və gələcək sülh sazişi ilə bağlı heç bir real təklif verilmir. İstifadə edilən ritorika və şüarlar isə Azərbaycanla növbəti hərbi qarşıdurma fonu yaradır, hətta bunu qaçılmaz edir. Bu perspektiv isə bunun nə ilə nəticələnəcəyini yaxşı bilən erməni cəmiyyəti üçün qətiyyən məqbul deyil.

 Ona görə də mayın 9-da meydana toplaşanların bəlkə də böyük əksəriyyəti maraq xatirinə, hətta sadəcə, Baqrata baxmağa yığışanlar, bir də revanşistlərin müxtəlif yollarla cəlb etdiyi beyinsizlər olub. Əgər belə olmasaydı, növbəti günlərdə etiraza çıxanların sayı kəskin şəkildə azalmazdı...

Həmçinin, məsələnin sırf hüquqi tərəfi də Paşinyan hakimiyyətinə ciddi təhlükə yaradılmasını istisna edir. Belə ki, Baqrat və onun himayədarları parlamentdə Paşinyana impiçment məsələsini qaldırmaq, bunu səsverməyə çıxarmaq istəyirdilər. Lakin müxalifətin parlamentdəki deputatlarının sayı buna imkan vermir. Bunun üçün əlavə bir səsə ehtiyac var ki, onu da tapa bilmirlər.

Nə parlamentdəki yeganə müstəqil deputat, nə də Paşinyanın partiyasından kimsə onlara qoşulmaq istəmir. Ona görə də impiçmenti səsverməyə çıxarmaq olmur. Lakin hətta bu bir nəfər tapılsa və məsələ səsverməyə çıxarılsa belə, impiçmentə nail olunması üçün hakim partiyanın deputatlarının az qala yarısı buna səs verməlidir. Bu da qətiyyən mümkün deyil, çünki hakim partiya monolitliytini qoruyub saxlamaqdadır.

Nəhayət, impiçmenti təklif edənlər baş nazir postuna öz namizədini göstərməlidir. Müxalifət daxilində isə bu məsələ ilə bağlı vahid fikir yoxdur. Köhnə hakimiyyətdən olanlardan heç birinin namizədliyi qeyri-populyarlıqları səbəbindən müzakirə belə olunmur.

Bir ara mümkün namizəd kimi keçmiş ombudsman Arman Tatoyanın adı çəkildi. Lakin onun Robert Koçaryanla münasibətləri gərgindir və bu etirazların “xaç atası” olan Koçaryan onu qəbul etmir. Həmçinin, Tatoyan hər hansı siyasi çəkisi olmayan birisidir.

Ona görə də çoxları elə keşiş Baqratın namizədliyi üzərində durdular. Amma məsələ ondadır ki, xarici ölkə agenturasının təmsilçisi olduğu şübhə doğurmayan Baqratın ikinci vətəndaşlığının - Kanada vətəndaşlığının olduğu üzə çıxdı. Qəribədir ki, Ermənistan, Qarabağ uğrunda fədakar, “vətənpərvər” çağırışlar edən, erməniləri növbəti qırğınlara sürükləyən bu keşiş Ermənistan vətəndaşlığının xatirinə Kanada pasportundan imtina etməyi ağlının ucundan belə keçirməyib. Bir ayağı Ermənistandan kənarda olan Baqratın həm də Kanadada “çalışdığı” kilsədə milyon dollara yaxın maliyyə maxinasiyaları etdiyi, kilsəni müflisləşdirdiyi və s. fırıldaqları barədə məlumatlar üzə çıxdı.

Bütün bunlar üst-üstə yığılandan sonra artıq demək olar ki, “Baqratın üsyanı”nın “kitabı bağlanıb. Paşinyan isə o qədər özünə arxayın görünür ki, Baqratın hərəkatına heç bir rəsmi reaksiya, şərh belə vermədi və demək olar, bu dəfə də təhlükəni, çevriliş cəhdini atlatdı...(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam