Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rafil Hüseynov Ağcabədidə büdcə vəsaitlərini kimlərin əli ilə talayır -DE-FAKTO

Yenixeber.org: Rafil Hüseynov artıq 5 ilə yaxındır ki, Ağcabədi rayon İcra Hakimiyyətinə başçılıq edir. Fəaliyyətinin ilk aylarında əvvəlki başçıdan fərqli olaraq qəbul günlərindən əlavə görüşlər keçirib rayon sakinlərinin problemləri və qayğıları ilə maraqlanan Rafil Hüseynovdan ağcabədililər artıq narazılıq edirlər. Çünki onun rayonda yaratdığı qeyri sağlam idarəetməsindən rayon sakinləri artıq bezib və yuxarı instansiyalara şikayətlərin sayı artmağa başlayıb.

Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdıq. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi.  Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08  manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51  manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması  və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77”  MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da onun vasitəsi ilə büdcə vəsaitlərini talamaqda.(Aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam